Yayın ən dəlisov rəngləri – Fotolar
Bizi izləyin

Tabloid.az

Yayın ən dəlisov rəngləri – Fotolar

Yayın ən dəlisov rəngləri – Fotolar

Parlaq rənglər bu yay da hakimiyyəti əllərinə alıblar. Dəb tənqidçiləri bildirirlər ki, parlaq rənglərin hakimiyyəti payız və qış aylarında da davam edəcək. Xüsusən də qırmızı, sarı, açıq yaşıl, çəhrayı, narıncı rənglər aktual olacaq. Bir çoxu üçün bu rəngləri təcrübədən keçirmək riskli hesab olunur. Əslində, düzgün uyğunlaşdırılan zaman çox tərz görünür. Monoton rənglərdən sıxılanlar bu rənglərə yönələ bilərlər.

  • Neon rəngdə ancaq bir geyim seçin: Riskdən uzaq durmaq istəyirsinizsə, parlaq rəngdə olan ancaq bir geyim seçin və daha ciddi, neytral tonlarla tamamlayın.
  • Yaxın tonları birləşdirin: Bir-birinə yaxın tonları seçərək də maraqlı bir obraz yarada bilərsiniz.
  • Əlvan aksessuarlar taxın: Neon rənglərin dünyası sizə yad görünürsə, aksessualardan bəhrələnə bilərsiniz. Həcmli boyunbağılar, rəngli bilərzik və ya rəngli çiçək formasında olan sırğalar taxa bilərsiniz. Geyimlərdə neytral tonlara üstünlük verirsinizsə, neon rənglər obrazı vurğulamağa kömək edəcək.
  • Neon ayaqqabı alın: Ayaqqabı heyransınızsa, kolleksiyanıza bir cüt neon rəngli ayaqqabı əlavə edin. Yaz mövsümündə qaralmış dəri ilə çox gözəl görünür, eyni zamanda, xanımları seksual göstərir.
  • Monokrom (ağ və qara) təsvirli geyimlərlə uyğunlaşdırın: Parlaq rənglərdən özünüzü sığortalamaq istəyirsinizsə, əlvan rəngləri ağ və qara ilə birləşdirin. Onların sintezinə söz ola bilməz.
  • Makiyajda neon rənglərə yer verin: Yay mövsümünün parlaq rənglərini dodaqlarınıza qonaq edin. Belə ki, narıncı, parlaq çəhrayı dodaq boyalarından istifadə edə bilərsiniz. Evdən çıxmazdan əvvəl dırnaqlarınızı da əlvan rənglərə boyamağı unutmayın.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm