• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Sibel Canın oğlu biabır oldu - Fotolar

Sibel Canın oğlu biabır oldu - Fotolar

Türkiyəli müğənni Sibel Canın Hakan Uraldan olan oğlu Engin Can yenə hamını təəccübləndirib.

Daha öncə də dəblə ayaqlaşmaq üçün qəribə tərzlərdə geyinən Engin Can bu dəfə 40 dərəcə istidə palto ilə küçəyə çıxıb.

Anası Sibel Can, bacısı Melisa və qardaşı Əmirlə birlikdə alış-veriş mərkəzindən çıxarkən görüntülənən Engin Can qış ayaqqabıları, corabı və paltosu ilə diqqət çəkib.

Engin Canın bu görüntüsü mediada müzakirələrə səbəb olub. Sosial şəbəklərdə, xüsusilə də “Tvitter”də Sibel Canın oğlu tənqid edilib.

Qeyd edək ki, Engin Can modanı təqib etməyi çox sevir və ən bahalı brendlərdən geyinir. Onun geyindiyi dar şalvarlar və qeyri-adi ayaqqabılar ilə müzakirələrə səbəb olur.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR