Şeron Stoundan erotik səhnə etirafı
Bizi izləyin

Tabloid.az

Şeron Stoundan erotik səhnə etirafı

Aktrisa təəccübləndirdi

Amerikalı aktrisa Şeron Stoun 22 il öncə rol aldığı “Əsas instinkt” adlı filmi ilə bağlı açıqlaması ilə hamını təəccübləndirib.

Aktrisa filmdəki müzakirələrə səbəb olan və illər keçsə belə yaddaşlardan silinməyən məşhur erotik səhnə haqqında danışıb.

Rejissor tərəfindən aldadıldığını deyən Şeron ona sillə vurduğunu da etiraf edib:

“Verhoeyen məndən kameraya düşməsin deyə ağ alt paltarımı çıxartmağımı istədi və söz verdi ki, heç bir yerim görünməyəcək. Çəkilişlər qurtarandan sonra filmi izlədim və həmin səhnəni görəndə dəhşətə gəldim. Ona sillə vurdum. Mən də olsam, bu kadrı çəkərdim, amma o, mənə hörmətsizlik etdi. Gərək əvvəlcədən mənə xəbərdarlıq edərdi”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm