• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanlı aparıcı: ”“Facebook” şəxsi həyatımda problem yaradır” - Fotolar

Azərbaycanlı aparıcı: ”“Facebook” şəxsi həyatımda problem yaradır” - Fotolar

Müsahibim gözəl xanım, teleaparıcı Aytən Əlizadədir. “Space” telekanalında hava proqnozları verilişinin aparıcısı olan A.Əlizadə Tabloid.az-a müsahibəsində yaradıcılığından, şəxsi həyatından, həm də istirahətlə bağlı planlarından danışdı:

-Televiziyada özünüzə baxırsınız?

-Əslində, özümə baxmağı sevmirəm. Amma baxıram. Hətta özümə tənqidi yanaşan insanam. Hər zaman özümdə qüsur axtarıram. Çalışıram ki, öz üzərimdə daima işləyim. Amma bütün bunlara baxmayaraq, özümü çox sevən insanam.

- Aparıcının gözəl görünüşü əsasdır, yoxsa yaxşı danışıq qabiliyyəti?

-İlk növbədə efirə baxan insan - qadın və ya kişi, yaşından asılı olmayaraq, aparıcının xarici görünüşünə nəzər yetirir. Xarici görünüşün yaxşıdırsa, amma danışıqda qüsur və ya ləhcə varsa, gözəllik tamamilə itmiş olur. Mənə elə gəlir ki, xarici görünüş çox önəmlidir. Əlbəttə ki, gözəl danışıq qabiliyyəti olmalıdır. Çox təəssüflər olsun ki, hazırda televiziya məkanında barmaqla sayılacaq qədər görünüş və danışıq qabiliyyəti yaxşı olan aparıcılar var. Yerli telekanalların bəzilərində bu meyarların ikisinə də cavab verən aparıcı azdır. Bir telekanal xarici görkəmə ümumiyyətlə, üstünlük vermir. Bununla da həmin telekanal öz reytinqini aşağı salır.

- Gözəl xanımsınız. Pərəstişkarlarınızdan çox sevgi məktubları alırsınız?

- Çox... Ümumiyyətlə, efir adamı olmaq çox çətindir. Hətta bu, bizim şəxsi həyatımızda da problemlər yaradır. “Facebook”dan başqa heç bir sosial şəbəkədən istifadə etmirəm. Sizə deyim ki, ümumiyyətlə, internetə meyilli insan deyiləm. Düşünürəm ki, internetə sərf etdiyim vaxtı daha səmərəli istifadə edə bilərəm.

- Bir az da şəxsi həyatınızdan danışaq. Ailə qurmaq barədə düşünürsünüz?

- Ailə qursam, mənim efirdə olmağımı istəməyənlər sevinər. Heç kimi özümə düşmən hesab etmirəm. Amma məni özünə düşmən hesab edənlər çoxdur. Hazırda efirdə olmağımı istəməyənlər də çoxdur. Onların arasında bəylər də var. Onu da deyim ki, hazırda ailə həyatı qurmaq haqqında düşünmürəm. Yaxın iki il ərzində karyeramda yüksəlməyi planlaşdırıram. Ola bilər, bəlkə də ailə qurdum. Həyatı bilmək olmur. Sadəcə, arzumu dedim. Şəxsi həyatıma gəlincə, məni sevən və bəyəndiyim insan var. O insana qalsa, çox tezliklə evlənərdik. O, deyir ki, yay aylarında evlənək. Yəni məni tələsdirir.

- Ailə qurandan sonra işinizə davam edəcəksiniz?

- Mütləq. Heç düşünmürəm ki, nə zamansa işimə son verə bilərəm. O qədər işimi sevirəm ki. Hətta ailə həyatımı ikinci plana qoyuram, karyeramı isə birinci. Bəzən anam mənə deyir ki, Aytən yuxuda veriliş aparırsan. O dərəcədə işimi sevirəm.

-Yay istirahətini harada keçirməyi planlaşdırırsınız?

-Mən təyyarəyə minməkdən çox qorxuram. Əgər bu qorxudan xilas ola bilsəm, avqustda xarici ölkələrdən birinə gedəcəyəm. Amma hələlik Bakıda dənizdə, bəzən Azərbaycanın gözəl guşələrində dincəlirəm.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR