• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qadınları çılğın və dəlisov göstərən moda evləri - Fotolar

Qadınları çılğın və dəlisov göstərən moda evləri - Fotolar

Moda imperiyası hazırda ən çox gəlir əldə edən sektorlardan biridir. Dünyanın ən məşhur moda evlərinin kreativ dizaynerləri qadınları ağuşunaa alıb öz izi ilə aparır. Əslində, moda dünyası hər kəs tərəfindən fərqli bir tərzdə qəbul olunur. Kimin üçünsə moda, sadəcə maraqdır, kimisi üçünsə zəruri. Kimlər üçün bu sadəcə işdir, bəziləri üçünsə bunun heç bir önəmi yoxdur. Kimi onu həyatın bir çox sferaları üzərində zövqün allahı zənn edir, kimi üçün isə moda mədəniyyətin daha bir qolu, forması sayılır, hansı ki, insan manerasında və ən əsası da ki, geyimində üzə çıxır. Moda tərz və geyim manerasında müəyyən qaydalar qoyur. Burdan da belə çıxır ki, dəbin arxasınca qaçanlar “dəbli şəxslər”, bununla ayaqlaşmayanlar isə “dəbsiz” adlandırılırlar. Ola bilsin ki, moda hansısa qaydalar qoyur, bəs modanı yaradan kimdir ki?! Tabloid.az-ın “Moda inqlibarları” layihəsi çərçivəsində bu gün qadınların çılğın və dəlisov göstərən moda evləri haqqında bəhs edəcəyəm.

“Dolce & Gabbana”: Bu tanınmış moda evinin əsası 1985-ci ildə Milanda qoyulub. Firmanın təsisçiləri iki italyan - Domenik Dolçe və Stefan Qabbanadır. 1985-ci ildə dizaynerlər “Milano Collezioni” moda təqdimatında iştirak edib. Elə bundan sonra onlar daha məşhurlaşırlar.

Gucci: “Gucci” moda evi Quçio Quçi tərəfindən 1921-ci ildə Floransada yaradılıb. Şirkət 1938-ci ildə genişlənir və özünə Romada butik açır. 1947-ci ildə “Gucci” şirkətinin imza məhsulu olan bambuk tutacaqları ilə çanta buraxılır.

“Chanel”: Koko ləqəbli Qabrielle Bonheur Şanel 19 avqust 1883-cü ildә Fransada anadan olub. Fransız dizayner “Chanel” markasını yaradan, moda dünyasının әn böyük adlarından olan Koko Şanelin yaratdığı marka hәlә dә moda dünyasında birinci sırada yer alır.

Bütün qadınların vurğun olduğu markanın simvolu iki əks istiqamətdə qoyulan C hərflərindən ibarətdir. İlk dəfə bu simvol 1925-ci ildə dünyaya təqdim edilib. Hazırda həmin təsvir dünyanın ən məşhur ətirlərdən biri olan “Chanel 5” şüşəsinin və bir çox geyimlərin üzərində əks olunub.

Simvolun yaradılmasının tarixi haqqında iki versiya mövcuddur. Onlardan birinə əsasən, Mixail Vrubel hələ 1886-cı ildə iki cildlənmiş nal təsvir edir, sonralar da markanın simvolu olur. İkinci versiyaya görə, iki hörülmüş nal uğurun və müvəffəqiyyətin nişanıdır.

Əsas həqiqət isə brendin yaradıcısının adının baş hərfləri ilə bağlıdır. Belə ki, Koko Şanel - fransızca Coco Chanel simvolu markanı yaradanın adının ilk hərflərini əks etdirir.

“Christian Dior”: Kristian Dior dünyanın ən böyük moda evlərindən biri olan “Christian Dior”un qurucusudur. Kristian Dior Fransanın Granville adlı sahilyanı qəsəbəsində anadan olub. Onun ailəsi gübrə satışından əldə etdikləri qazancla dolanırdı. Valideynləri Kristianın diplomant olmasını istəyirdi, onun isə bu sahəyə qətiyyən marağı yox idi. O, moda dünyasına, eskizlərlə böyük həvəs göstərirdi. Pul qazanmaqdan ötrü moda eskizlərinin bir dənəsini 10 sentə satırdı. Məktəbi atdıqdan sonra atasının çox az maliyyə dəstəyi ilə 1928-ci ildə kiçik sənət qalereyası açır.

Kristian Dior - 1946-cı ilə də gənc rəssam yeni bərpa olunan “Filipp Qaston” Moda Evinin direktoru vəzifəsinə dəvət edilir. 1946-cı ildə Kristian Marsel Busakın maliyyə dəstəyi ilə öz şəxsi moda evini açmağa müvəffəq olur. Onun 1947- ci ildə ilk dəfə nümayiş olunan kolleksiyası Diora çox böyük uğur qazandırır. 1947-ci ildən 1957-ci ilədək Kristian Dior hər il iki müxtəlif kolleksiya ilə ictimaiyyət qarşısına çıxırdı. Kristian Dior moda evində müxtəlif dərilərdən hazırlanan xəz şöbəsi və “Dior ətirləri” şirkətini yaratdı. Dior hesab edirdi ki, ətir hər bir şəxsi tamamlayan və onun geyiminin son akkordunu vuran vasitədir.

“Roberto Cavalli”: Roberto Kavalli heç vaxt bəsit modelyer olmayıb. Qadınları öz arxasınca apara bilib. Çılğın, dəlisov, seksual, zərif və romantik detallar ən diqqət çəkici örnəkləridir. Heyvan dərisindən və təsvirindən o qədər istifadə edirdi ki, bu, onun şəxsi imzasına çevrilir. Roberto Kavalli heyvan təsvirini ilk dəfə 2002-ci ildə Florensiyada açdığı ilk kafesinin dekorasiyasında işlədir. Eyni detalı Milandakı kafeyə də tətbiq edir. Niyə də geyimlərdən istifadə olunmasın? Kavallinin heyvan təsviri mövzusunda hazırladığı geyimlər qadına vəhşi seksuallıq qazandırırdı. Sonralar bu təsviri başqa modelyerlər də təkrarlayır, amma heç biri Kavallinin qızıl əllərindən çıxan obrazla qədər orijinal ola bilmir...

“Yves Saint Laurent”: Fransız moda evi İv Henri Donat Mathieu Sent Loran tərəfindən qurulub. Hazırladığı zərif geyimlərlə qadınların qarderobuna yol tapır. Loran 1960-cı illərdə öz moda evini açaraq marka statusunu qazanır. Kosmetika və ətir sahəsinə də addım atan YSL markası ilk ətrini 1964-cü ildə təqdim edir. Kosmetik vasitələri və bədənə qulluq vasitələri ilə bahalı kosmetika brendinə çevrilir.

“Jean Paul Gaultier”: Jan Pol 1989-cu ildə “Minoque” ilə işləyir, ona kostyumlar hazırlayır. 2009-cu ildə Nyu-Yorkdakı Braveheart Muzeyində “men in skit” sərgisi ilə tanınır. 2012-ci ildə isə Kann Film Festivalında ilk dəfə olaraq dəb tənqidçisi seçilir. Hubert de Givenchy 2008-cü ildə “Very Irresistible Givenchy” adlı möhtəşəm ətrini çıxarır. 2003-cü ilin ilk yarısında rəngləri məharətlə qarışdıraraq “Givenchy” makiyaj məhsullarını qadınların ixtiyarına buraxır.

Tom Ford: Modelyerlikdən əlavə, kino rejissoru kimi də fəaliyyət göstərən Ford “A single Men” filmi ilə “Oskar”a namizəd göstərilir. Karyerasındakı tək filmi ilə “Oskar”a namizəd göstərilən amerikalı modelyer, “Gucci” üçün hazırladığı xüsusi kolleksiya ilə adını brendləşdirir. Modelyerin sayəsində 1995-ci ildə “Gucci”nin satışları sürətlə artır.

Tom Ford 1986-cı ildən etibarən jurnalist Riçard Bukli ilə birlikdədir. Cütlük 2012-ci ildə övladlığa uşaq götürür. 2001-ci ildə ilin ən yaxşı modelyeri kimi dəb tarixinə damğa vurur. 2009-cu ildə “Qızıl şir” mükafatını alır. 2010-cu ildə o, Amerika Modelyerlər Dərnəyinin “İlin ən yaxşı modelyeri” mükafatı ilə təltif edilir.

Marc Jacobs: Marc Jacobsu ilk dəfə 1997-ci ildə ilk dəfə Louis Vuittonda sənət direktoru kimi fəaliyyətə başlayır. Militari tərzi (hərbi) məhz bu dahinin sayəsində qadın qarderobunu bəzəyə bildi. Adətən ekstravaqant, amma zərif kolleksiyaları ilə diqqət çəkir.

Alexander McQueen:1973-cü ildə “Centilmen Givenchy” kişi kolleksiyası onun yaradıcılığında önəmli dönüş nöqtəsi olur. İngiltərəli modelyer Coh Qalliano 1995-ci ilin sonlarında markanın dizayneri kimi işləyir. Zərif, amma qeyri-adi üslubu hamının marağına səbəb olur. Qallianodan sonra Aleksandr Makqvin, Culien Macdonald və Rikardo Tisci markanın modelyeri olurlar.

“Burberry Prorsum”: Əfsanəvi markanın tarixi 1856-cı ilə təsadüf edir.. Həmin vaxt Tomas Barberri hazır geyimlə ticarət edən öz birinci mağazasını açır. Dizayner su keçirməyən materialı yaradan texnologiyanı ixtira edir. O, qabardin - əsgərlər üçün plaş və paltonun istehsalında ondan istifadə edir. 1901-ci ildə “Burberry” böyük miqdarda daimi sifarişə malik idi. Bütün geyimlərdə yeni simvol özünü göstərir, bayraqla cəngavərin fiquru və üzərində "Porsum" sözü yazılır.

Louis Vuitton”: “Louis Vuitton” evi ilk dəfə olaraq 1821-ci ildə yaranıb. Fransız moda evi olan “Louis Vuitton” dünyada 350-dən çox firmaya, 10 000 işçiyə sahibdir. Dünyanın 53 ölkəsində bu markanın dükanları yerləşir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR