• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Günel: “Oğlum Afaq kimi əxlaqsızları həbs edəcək”

Günel: “Oğlum Afaq kimi əxlaqsızları həbs edəcək”

Afaq Aslanla Günel Məhərrəmova arasındakı qalmaqal davam edir.

Afaqın bir neçə saat öncə verdiyi açıqlamaya Güneldən cavab gəldi.

G.Məhərrəmova Tabloid.az saytına açıqlamasında daha sərt danışıb:

“Əslində, mən elə səviyyəsiz küçə qızına cavab verməyə də bilərəm. Amma bu məsələdə oğlumun adını hallandırdığına görə, ona cavab verməliyəm. Kimliyi məlum olmayan murdar milçək, zaman gələcək, oğlum sənin kimi küçə qızlarını, tərbiyəsiz, əxlaqsızları həbs edəcək.

Oğlum dövlətin qulluğunda dayananda, polis məmuru olanda və insan alverinə qarşı mübarizə aparanda sənin kimi əxlaqsızları tutub içəri ataraq, cinayətə cəlb edəcək. Təbii ki, sən o zaman qocalacaqsan, yerini isə qızın tutacaq. Bax, anasının yolunu davam etdirən qızına mənim oğlum layiqincə tədbir görəcək.

Əgər sənin övladın olarsa təbii ki... Çünki sənin kimi əxlaqsızlar heç vaxt ana olmaq hissini yaşamaq istəmirlər. Onları yalnız pul müqabilində bədənlərini satmaq maraqlandırır.

Çalış ki, qızın olarsa, sənin yolunu davam etdirməsin. Çünki onun qarşısına oğlum Əli çıxa bilər. Körpə oğlumun adını hallandırdığın üçün sənə lazımi tədbirlər görüləcək.

200 manat söhbətinə gəlincə, yəqin sən həyatında ancaq bir yerdə o pulu görmüsən və başqa rəqəm tanımırsan. Günel Məhərrəmovanın heç nəyə ehtiyacı yoxdur. Səni pulumla satın alaram. Ehtiyacın olanda de, sənə pul göndərim, əxlaqsız hərəkətlərinlə ifaçılıq sənətinə ləkə gətirmə. Yazıq, sənə acıyıram”.

Qeyd edək ki, bir neçə günüdür Afaq Aslanla Günel Məhərrəmli arasında qalmaqal yaşanır.

Qalmaqala səbəb Afaqın Günelə qarşı “zövqsüz müğənni”, “artıq çəkili” və “qabyuyan işləsin” kimi ifadələr işlətməsi olub.

Qarşı tərəfə cavab verən Günelin söylədikləri isə söz davasının daha da kəskin forma almasına rəvac verib. Günel hətta Afaqı “iyrənc milçək” adlandırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR