Astroloji proqnoz - 19 iyul
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz - 19 iyul

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

QOÇ - Vəzifəcə sizdən yüksək olan şəxslər haqqında mənfi fikrə gəlməyiniz işlərinizin gedişində qüsurlar yaradır. Naşükür olmayın. Unutmayın ki, həmişə "su axıb öz çuxurunu tapar".

BUĞA - Fəaliyyətlə bağlı müəyyən irəliləyişlərə nail olacağınızdan xəbər verən ulduzlar hər an təmkin göstərməyinizi tələb edir. Çünki hər şeyə birdən-birə nail olmaq mümkün deyil.

ƏKİZLƏR - Ümumi məziyyətlərinə görə gərgin gündür. Az qala ətrafınızda olan hər kəs əsəblərinizi tarıma çəkməyə çalışacaq. Odur ki, mənasız söhbətlərə aludə olmamağınız məsləhətdir.

XƏRÇƏNG - Əsas işinizi pul məsələləri üzərində qurun. Çünki bütün astroloji göstəricilər yalnız maliyyə cəhətdən uğurlarınızın artacağını bəyan edir. Heç kimə borc verməyin.

ŞİR - Qarşılıqlı münasibətlər zəminində mübahisələriniz gözlənilir. Bu istiqamətdə daha çox iş yoldaşlarınız və qonşularınızla soyuqluq mümkündür. Xırdaçılığa meyl etməyin.

QIZ - Səhhətlə bağlı problemləriniz bu gündən etibarən qaydasına düşəcək. Bununla da aktivliyiniz artacaq. Saat 15-19 arası perspektivli danışıqların və digər sürprizlərin iştirakçısı olacaqsınız.

TƏRƏZİ - Nə qədər qaynar olsa da, bu təqvim öz çalarlarına görə, iç dünyanızda böyük dəyişiklik edə bilər. Odur ki, savab işlərinizin sayını artırmalısınız. Saat 20-dən sonra mütləq evdə olun.

ƏQRƏB - Yaxşı olar ki, əsas enerjinizi fəaliyyətə yönəldəsiniz. Hansısa sövdələşmə və maliyyə planları isə perspektivli deyil. Risk etməkdənsə həyatın axarına qoşulmağınız yaxşıdır.

OXATAN - Bütün göstəricilər maraqlı insanlarla rastlaşacağınızdan, uğurlu məqamlar yaşayacağınızdan xəbər verir. Fəaliyyətdə və işgüzar sövdələşmələrdə isə hansısa yenilik olmayacaq. Səfərə çıxmayın.

OĞLAQ - Qərarlarınızda ədalətlilik prinsiplərinə söykənsəniz, mövcud problemləriniz həll oluna bilər. Heç olmasa bu gün hamı haqqında yaxşı düşünün ki, hər şey müsbət sonuclansın.

SUTÖKƏN - İş barədə düşünməyə dəyməz. Çünki ulduzlar sizə istirahət, əyləncə və səfərlər tövsiyə edir. Qətiyyən "kef-damaq harama yaraşır?" deməyin. Axı dərdlə sevinc əkiz yaranıb.

BALIQLAR – Saat 12-17 arası qalmaqallı situasiyalara cəlb oluna bilərsiniz. Bu, ilk növbədə pulla bağlı ola bilər. Göy qübbəsi əmin olmadığınız işlərə görə vəd verməyinizin əleyhinədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm