• USD 1,7025 0,00% EUR 1,8495 0,00%
    • GBP 2,1978 0,00% RUB 0,0299 0,00%

Ədalət Şükürov 27 milyonluq məkanına kosmik gəmi ilə gedəcək

Ədalət Şükürov 27 milyonluq məkanına kosmik gəmi ilə gedəcək

“Tabloid.az”-ın qonağı əməkdar artist müğənni Ədalət Şükürovdur.

- İllər öncə meyxanaçı Vüqar Əbdulovla “Bağlanıb eşqin qapısı üzümüzə” adlı duetiniz oldu. Həyatınızda eşqin qapısının üzünüzə bağlandığı vaxt olubmu?

- Bağlanıb da,açılıb da. (Gülür...) Təbii ki hər bir yaşın öz sevgisi var. Mən artıq 20 ildən çoxdur ki, evliyəm. Həmin mahnının həyatımla heç bir əlaqəsi yoxdur, sadəcə yaxşı bir mahnı kimi repertuarımda qaldı.

- Yəni oxuduğunuz mahnıların heç birini yaşamırsınız?

- Xeyir, siz gənclər dinlədiyiniz hər bir mahnıda sevgilinizi axtarırsınız. (gülür). Biz sadəcə camaatın ürək sözlərini oxuyuruq.

- Ədalət bəy mahnıların birində belə deyilir:

“Qəbahətim böyükdür, ay ellər, obalar,

Büllur kimi bir ürək, bir könül sındırmışam.

Siz necə olubmu ki, könül sındırmısınız?

- Mən orduya nələr qoyub getmişdim,

Könül alıb, könül qırıb getmişdim.

İki qıza könül verib getmişdim,

Qayıdanda biri vardı, biri yox.

İnsan könül alar da, qırar da. İnsan var ömrünün sonuna qədər hörməti saxlamağı bacarır. İnsan da var ki, bir saniyədə həmin istəyi, hörməti alt-üst edir.

- Şou-biznesdə qalmaqallardan uzaq birisiniz. Qalmaqalla yadda qalan insanlara necə baxırsınız?

- Mən hesab edirəm ki, incəsənət adamının həyatında qətiyyən belə hallar olmamalıdır. Məncə, bəziləri qalmaqalları bilərəkdən yaradır. Hərdən də elə olur ki, insanı vadar edirlər qalmaqala. Nadir Qafarzadə çox emosional insandır, hamıya cavab verir. Dedim ay qardaş, bəsdir, əhəmiyyət vermə. Axı nəyinə lazımdır kiməsə baş qoşmaq, sadəcə fikir vermə. Sənət adamları haqqında müxtəlif fikirlər deyirlər, bu da, normaldır.

- Bu yaxınlarda həmkarınız Elçin Hüseynov belə bir fikir səsləndirdi ki, şou-biznesdə barmaqla sayılacaq on kişi müğənni yoxdur. Buna münasibətiniz maraqlıdır...

- Elçin yəqin bu mənada deyib ki, əgər sən şalvar geyinirsənsə, bu o demək deyil sən kişisən. Kişi verdiyi sözə əməl etmədisə, artıq o, kişi sözünə ləkə gətirir. Bir çox kişilər özünü ona görə kişi adlandırırlar ki, sadəcə qadın deyillər. Məntiq də odur ki, qadın deyilsənsə, demək ki kişisən. Kişinin sözü, əməli bir olmalıdır. Sırğa taxıb, saç uzatmaq o demək deyil ki, o, insan kişi deyil. Qətiyyən razılaşmıram.

- Gənclərin döymə etməsinə münasibətiniz necədir? Qolunuzdakı döymə diqqətimi cəlb etdi. Döymənizin mənası nədir?

- İndiki gənclər hara gəldi, nə gəldi döymə yazdırırlar. Amma bu, yaxşı hal deyil. Hər bir döymənin sizin həyatınıza çox böyük təsiri ola bilər. Elə bir lazımsız söz yazdırarsınız ki, həyatınız tamamilə dəyişər. Yəni bütün döymələrin həyata təsiri var. Mənim qolumda ki, döymənin mənası “Mənim uğurlarım Allahdandır” deməkdir. Bu döymə üçün gözəl rəssamımız Fəxrəddin Miralaya müraciət etdim və nəticə göz önündədir.

- Artıq neçə ildir bu döymə qolunuzdadır?

- 20 ildir ki, bu döymə mənim qolumdadır.

- Sizi dinləyənlər üçün hansı yenilikləriniz var?

- Yay gəldi,mən bağda oluram. Amma “İsti yay” adlı bir mahnı ifa edəcəyəm. Zəlimxan Yaqubun sözlərinə yazılmış “Bu yaşıl ağacın altı bizimdir” aşıq mahnısını yeni üslubda ifa edəcəyəm. Bununla yanaşı rus dilində də iki yeni mahnı yazdırmışam. Sentyabr ayında Mahaçqalada və Dərbənddə konsert proqramı ilə çıxış edəcəyəm.

- Azərbaycanda konsert proqramı ilə niyə çıxış etmirsiniz?

- Azərbaycanda konsert ona görə vermirəm ki, təşkilatçısı yoxdur. Mən dəfələrlə demişəm ki, müğənni özünə konsert təşkil etməməlidir. Dünyanın heç bir yerində müğənni özünə konsert etmir. Hər bir konsertin təşkilatçısı olur. Bizim müğənnilər özləri özlərinə konsert verirlər. Olmaz! Konsertin təşkilatçısı mütləq olmalıdır və müğənni gəlib oxuyub öz qonorarını alıb, getməlidir. Mən Dərbənddə konsert verəcəyəm, özüm təkşil etməyəcəm ki?! Konsertin təşkilatçısı var, Ədalət Şükürov da konsert proqramı ilə çıxış edib, qonorarını alıb gələcək. Yəni bu, belə olmalıdır!

- Ədalət bəy bir müddət xəbər yayıldı ki, Aydan yer almısınız. Bu xəbər nə dərəcədə doğrudur?

- Bəli, doğrudur. Məndən başqa, Azərbaycandan 25 mindən çox insan Aydan yer alıb. Artıq Aya kosmik gəmi hazırlanır və bu, çox bahalıdır. Kimlərəsə gülməli gəlir, amma olanda görəcək hamı.

- Bahalı dediniz, mümkünsə qiymətini deyərdiniz..

- 27 milyona gəlir çıxır....

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR