• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Argentina mətbəxi

Argentina mətbəxi

Argentinanın vizit kartoçkası qrildə qızardılmış şirəli mal əti, donuz piyində qızardılmış ləzzətli iri klyoteklər və qeyri-adi qırmızı çaxırdır.

Təəssüf ki, Argentinada bu ölkənin yerli əhalisinin mətbəxi inkişaf etməyib. Vaxt keçdikcə, bu yerlərdə məskən salan Hindlilərin mətbəxləri tamamilə unuduldu. Argentinalılar Avropa konkistadorların mətbəxinə varis oldular, və onu çox sevdilər… – Atlantik okeanın sahili boyu yerləşən bütün restoranlarda Aralıq dənizi reqionunun restoranlarında verilən keyfiyyətli yeməklərdən fəqlənməyən gözəl hazırlanmış dəniz məhsullarını sifariş etmək olar. Argentinalılar hazırladığı yeməklərdən zeytun yağı və ədviyyatların ətiri gəlir. Argentinalılar xörəkləri hazırlayarkan sonsuz qədər ədviyyatlardan istifadə etdiklərinə görə, həmin xörəklərin dadı İtaliya və ya Fransada hazırlanan xörəklərin dadını verir.

Qarğıdalın tə’siri

Argentina mətbəxində həmçinin Latin Amerika ölkələrin tə’siri duyulur. Bu tə’sirin misalı kimi çox vaxtı suda bişirilən, əsas inqrediyenti qarğıdalı olan, məsələn, locro (qarğıdalı və ətdən ibarət olan soyuq günlər üçün nəzərdə tutulan şorba), humita (qarğıdalı və ağ pendirdən hazırlanmış), tamales (qarğıdalı yarpaqlarına bükülən və sonra bişirilən ət, qarğıdalı və başqa tərəvəzlərdən hazırlanmış) kimi yeməkləri çəkmək olar.

argentina recipes and cuisine

Empanadas– Argentina piroqları

İspanlıların dünya kulinariyasına edilən tövhəsi həmçinin məşhur empanadadər – „çörəyə bükülmüş”, yani böyük içi doldurulmuş piroq. Argentinanın hər bir reqionunda ona məxsus olan başqalarından ilk növbədə öz ölçüsü və iç qoyulması ilə seçilən empanada hazırlanır. Onlar ərinmiş donuz yağında qızardılır və ya bişirilir. Yayılmış xəmirin diametri 15 santimetrdən çox olmamalıdır. Empanadas üçün ənənəvi iç qoyulması mal ətindən hazırlanır. Ən’ənəvi reseptə uyğun olaraq, mal əti xırda tikələrə doğranmalıdır, lakin hal hazırda əsasən çəkilmiş ətdən istifadə olunur. Ətin içinə soğan, kişmiş, zeytun və bir bərk bişirilmiş yumurta əlavə olunur. Empanadada eləcə ət istifadə olunmur. Argentinada içi həmçini sarı pendir və vetçina, ispanaq və bekon və ya toyuq əti ilə doldurulan empanada növləri var. Empanadanın həmçinin pastel və ya pastelito adlanan şirin növləri var. Empanadas qırmızı quru çaxır ilə, əl ilə yeyilir. Argentinalılar ən çox qırmızı əti sevir, həmçinin balıq və dəniz məhsullarını çox xoşlayır.

Argentina çaylarında dorado və ya surubi kimi ə’la balıqlar mövcuddur. Ən ləzzətli balıq müxtəlif ədviyyatlarla qrildə hazırlama nəticəsində alınır.

Argentine Cuisine Argentina Food

Yerbamate

Argentinada qeyri-adiliyi süfrəyə verilmə üsülundan ibarət olan yerbamateçayıən’ənəvi içki sayılır. Bu çay balqabaq, taxta və ya farfordan düzəldilmiş xüsusi balaca fincanlardan ücünda balaca ələk olan dəmir çöp vasitəsilə içilməlidir.

Argentina delikatesi – qrildə hazırlanmış ət

İspanlıların Arentinaya gətirdiyi mal-qara nəhəng düzənliklərə tez öyrəşdi və qisa bir zamanda buraya alışdı. Vaxt keçdikcə, yerli əhali onları atlarda ovlamaqa öyrəndilər. Beləliklə, məşhur Argentina qauçosu surəti ( yani ətin hazırlama sirrini bilən adamın) yarandı.

Onları hətta hal hazırda görmək mümkündür. Əsl qauçonun nəqliyyat vasitəsi atdır, və il boyu gözəl düzənliklərdə otlayan mal-qara onun bütün həyatının mənası deməkdir.
Əgər Argentinalılar çox sevdikləri barbekü qonaqlığına cağırılmış olsaniz, yemək porsiyaları olduqca böyük olacağına hazır olmalıslnız. Həmçinin bilmək lazımdır ki, ətdən başqa, qrildə həmçinin bəzi insanların sevmədikləri heyvan xayaları və ya içalatı bişirilə bilər. Bişirilməzdən əvvəl ət bir neçə saat ərzində chimichurri – yani sarımsaq, cəfəri, duz, duru yağ və biraz sirkə və ya limondan ibarət olan marinadda saxlanılır. Ət qrildə bişərkən, üzərinə marinadın suyu tökülür.

Ləzzətli desertlər

Argentinada uşaq və böyüklər tərəfindən sevilən ləzzətli desertlər hazırlanır. Hər cür kekslər Argentinaya İspanlılar tərəfindən gətirilib. Ən məşhur şirniyyat karamelə bənzər süd və şəkərdən hazırlanmış dulce de lechedir. Alfajores, içinə qat-qat dulce de leche qoyulan üstü şokoladlı piroq, və flan – üstü dulce de lecheli pudinqə oxşar şirniyyat da çox populyardır. Başqa desert – bir dilim heyva və ya batat jelesi ilə (patata jelly) verilən qalın pendir tikəsi – queso con dulce. Əlbəttə, reqiondan asılı olaraq, desert üçün hər bir məclisin yaraşığı olan müxtəlif rəngarəng, ləzzətli və ətirli meyvələrdən verilir.

Bonduelle.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR