Tabloid.az
Şakira rekord qırdı
Dünya ulduzu Şakira yenidən rekorda imza atıb.
Şakira Facebook-da 100 milyon izləyici toplayıb. Bu nəticə ilə
də sosial şəbəkənin ən çox izlənilən və sevilən ifaçısı adına laiq
görülüb. Sənətçi pərəstişkarlarına cavab olaraq sevincini bölüşüb,
təşəkkürünü bildirib, maraqlı video paylaşıb. Yerləşdirdiyi videoda
ifaçının burada olan fəaliyyətindən kadrlar bir araya toplanıb.
Paylaşdığı ilk şəkildən son şəkilə qədər göstərilib və hər fotonun
neçə insan tərəfindən bəyənildiyi qeyd edilib.
“100 milyona çatdığıma görə fəxr edirəm. Çünki dünyanın dörd
tərəfindən olan sevənlərim ilə Facebook vasitəsi ilə əlaqə qururam.
Sosial media və xüsusən də Facebook mən və digər məşhurlar və
izləyicilər arasında olan boşluğu doldurdu".
Qeyd edək ki, ifaçının paylaşdığı ilk 20 şəkil 39 687 491 insan
tərəfindən bəyənilib. Ən çox bəyənilən paylaşımı 4 gün ərzində 3,5
milyondan çox səs toplayan Dünya çempionatından olan fotosu
olub.
İzləyiciləri tərəfindən onun səhifəsindən ən çox paylaşılan şəkil
isə sevgilisi Jerar Pikenin oğlu Milanı öpdüyü kadr olub. Həmin
görüntü 113 987 dəfə paylaşılıb.
/ans press/
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 14 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR