Röya Hürrəm Sultanın hamamında - Fotolar
Bizi izləyin

Tabloid.az

Röya Hürrəm Sultanın hamamında - Fotolar

Müğənni Röya növbəti klipinin çəkilişi ilə bağlı Türkiyədədir.

Məşhur müğənni Röya Ayxan yaradıcılığında növbəti yeniliyə imza atıb. Röyanın mətbuat katibi Türkan Məmmədlinin Tabloid.az- verdiyi məlumata əsasən, ifaçı yeni klipini çəkdirib.

Klip sözləri Azər Şirinə, musiqisi Pərviz Mahmudova aid olan “Mən sənsiz” adlı mahnıya çəkilib.

Klipin rejissoru Müjdat Küpçi, stilisti Baner Hamamcı meneceri isə Yeşim Demirdir. Yeni ekran işi üzərində ümumilikdə 30 nəfərdən ibarət heyət çalışıb. Röya klipdə 5 fərqli obrazda çəkilib.

“Mən sənsiz” klipinin əsas görüntüləri İstanbuldan bir az uzaqda yerləşən “Möhtəşəm yüz yil” serialının çəkiliş məkanında lentə alınıb.

“Mən sənsiz” adlı klipin avqust ayında tamaşaçılara təqdim olunacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm