Keyfiyyətli gün eynəyini necə seçməli? - Fotolar
Bizi izləyin

Tabloid.az

Keyfiyyətli gün eynəyini necə seçməli? - Fotolar

Keyfiyyətli gün eynəyini necə seçməli? - Fotolar

Yay aylarında dəri sağlamlığı qədər göz sağlamlığına da fikir vermək lazımdır. Günəşin zərərli şüasından qorunmaq üçün bu aksessuar – eynək ən təsirli vasitələrdən biri sayılır. Bunun üçün Günəş eynəyinin sağlam və keyfiyyətli olmasına diqqət etmək lazımdır.

Onu da qeyd etmək lazımdır ki, keyfiyyətsiz gün eynəkləri Günəşin ultrabənövşəyi şüasının qarşısını ala bilmir. Eynək alarkən ilk növbədə onun keyfiyyəti əsas götürülür. Bu baxımdan yayda gün eynəyi alarkən aşağıdakılara diqqət etmək lazımdır:

Rəng

İndi istənilən rəngdə eynək almaq mümkündür - göy, qara, bənövşəyi, sarı. Amma dünyaya qırmızı şüşədən baxmaq məsləhət deyil. Gözlər üçün ən yaxşı rəng qəhvəyi, sarı və yaşıldır.

Ölçü

Eynək nə qədər böyük olsa bir o qədər yaxşıdır. Onlar həm dəblidir, həm də gündən yaxşı qoruyur.

Əgər linza varsa...

Əgər siz linzadan istifadə edirsinizsə, linzanın qurumaması üçün mütləq günəş eynəyindən istifadə etməlisiniz.

Buqələmun eynək

Onların şüşələri işıqdan asılı olaraq dəyişir. İçəridə şəffaf, çöldə isə tünd olurlar. Unutmayın ki, onların rəngi bir anın içində dəyişmir. Günəşə çıxan kimi bir müddət gözləriniz müdafiəsiz qalır.

Uşaqlar

Əgər uşaqların görmə qabiliyyəti zəifdirsə, onlara gün eynəyi taxmaq olmaz. Gözlər normaldırsa, onları mütləq qorumaq lazımdır.

Üz tipinə uyğun eynəyi necə seçməli?

Yumru üz: Belə üzə sahib olanlar yumru və ya oval eynək seçməməlidir.

Oval: İstədiyiniz bütün formalı çərçivələrdən istifadə edə bilərsiniz.

Ürək forma: Pilot, pişik gözü formasında eynəklər sizə yaraşacaq.

Dördkünc: Yuvarlaq, incə çərçivəli eynəklər sizin üçündür. Böyük formalı eynəklər seçə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm