• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kişilər ən çox hansı estetik əməliyyatları etdirirlər?

Kişilər ən çox hansı estetik əməliyyatları etdirirlər?

Qadınlar gözəl görünmək üçün qurban verməyə hazır olur və buna artıq öyrəşmişik. Bəs kişilərin əməliyyat etməsinə necə baxırsınız?

Aparılan araşdırmalar göstərir ki, estetik əməliyyatdan sonra insanın özünə olan inamı qat-qat yüksəlir. Bir insanın özünü gözəl və gənc hiss etmək istəməsindən təbii heç nə yoxdur. Kişilərin və qadınların da bərabər hüquqlu olduğunu nəzərə alsaq, onların da gözəl görünmək istəmələri sizcə təbii deyil?

Qadınların kişilərə gözəl görünmək və özlərini onlara bəyəndirmək üçün əziyyət çəkdikləri nə qədər normal qarşılanırsa, kişilərin də buna kifayət qədər haqqı var. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq kişilər də qadınlar qədər xarici görünüşlərinə vaxt və pul xərcləyirlər. Kişilərin ən çox müraciət etdiyi əməliyyatlara: baldır protezi, burun əməliyyatı, üz gəncləşdirmə, döş əməliyyatı və piylərin alınması daxildir. Düşünüldüyünün əksinə olaraq kişi cinsiyyət orqanının böyüdülməsi əməliyyatı o qədər də məşhur deyil.

Kişilərin burun əməliyyatı etdirməsinin ən böyük səbəbi nəfəs almada çətinlik çəkmələridir. Bəzi qadınlar iri sümüklü burnun kişini daha xarizmatik görünüş bəxş etdiyini düşünür. Lakin balaca burnu xoşlayan qızlar da az deyil. Bu baxımdan əyri və uzun burundan da böyük məmnuniyyətlə xilas olmağa razı olurlar.

Kişilərin estetik əməliyyat zamanı ən həssas olduğu məqam təbiilikdir. Estetik əməliyyat etdirdiyini etiraf etməyi xoşlamayan kişilər saç əkdirmək üçün həkimlərə çox tez-tez müraciət edirlər. Bunu isə gizli saxlamaq mümkün deyil. Halbuki, qadınlar keçəl kişiləri də çox xoşlayırlar. Məşhur kişilər arasında plastik əməliyyat etdirən kişilərin sayı da az deyil.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR