Eldar Qasımov səhnədə 4 libas dəyişdi - Fotolar
Bizi izləyin

Tabloid.az

Eldar Qasımov səhnədə 4 libas dəyişdi - Fotolar

“Eurovision-2011”mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun solo konserti baş tutub.

“Eurovision-2011”mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun solo konserti baş tutub.

Tabloid.az xəbər verir ki, ifaçının “Eldar summer live show” adlı konserti “Jumeirah Bilgah Beach Hotel”də keçirilib.

Konserti zamanı 4 libas dəyişən Eldar “Eurovision-2014” təmsilçimiz Dilarə Kazımova ilə duet oxuyub.

Gecədə E.Qasımov xalq artisti Polad Bülbüloğlunun məşhur “Gəl, ey səhər” mahnısını yeni aranjemanda təqdim edib.

Səhnədə E.Qasımovu Dj Çina və ukraynalı Dj Iqor Şavrov müşayiət edib.

“KKM production”un təşkilatçılığı ilə keçən konsertə E.Qasımovun çalışdığı “Empire Music Entertainmen” şirkəti də dəstək verib.

Xatırladırıq ki, müğənni martın 9-da “The One” adlı solo-club konserti vermişdi.

Aytən Həsənova

Fotolar Raşad Mirzəyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm