7 yaş cavan görünmək üçün bunları yeyin
Bizi izləyin

Tabloid.az

7 yaş cavan görünmək üçün bunları yeyin

7 yaş cavan görünmək üçün bunları yeyin

Gənc və sağlam qalmaq üçün sadə və əlverişli tövsiyələr

Qadınlar elə zənn edir ki, cavan qalmaq üçün çoxlu əziyyət çəkməlisən. Halbuki sadə və üsullarla da gəncliyi qorumaq mümkündür. Tabloid.az gənc və sağlam qalmaq üçün sizə sadə və əlverişli tövsiyələr təqdim edir:

7 yaş gənc görünmək istəyirsinizsə, xarici görünüşünüz qədər qidalanmağınıza da diqqət edin. Həftəlik alış-verişinizə sizə təqdim edəcəklərimizi siyahınıza əlavə edin və gələcək illərə meydan oxuyan gənc və təravətli dəriyə sahib olun.

Bibər: Qırışların yaranmasının qarşısını almaq üçün sarı bibər yeyin. Bibər yeməklərə ləzzət qatmaqla yanaşı, dəriyə də faydalıdır. Sarı bibər dəriyə zərərli sərbəst radikalların qarşısını alan C vitamini ilə zəngindir.

Yumurta: Sallanan dəri üçün yumurta yeyin. Yumurtada olan yağsız zülallar dərinin sallanmasının qarşısını alır. Belə ki, onun toxumalarını dolduran və zülalla zəngin toxumalar kollagen (orqanizmdə olan zülal) əmələ gətirir.

Arpa: Zədələnmiş dərini arpa ilə sağaldın. Arpa dərini günəşin zərərli və ultrabənövşəyi şüadan qoruyan seleniumla zəngindir.

Qızılbalıq: Ləkələr üçün balıq ən ideal qidadır. Balıq dəridə ləkə və sızanaqların əmələ gəlməsinə səbəb olan iltihabı sakitəşdirməyə yardım edən omega-3 yağ turşuları ilə zəngindir. Qızılbalığın narıncı rəngi antioksidant kimyəvi maddə ilə zəngin olması ilə izah olunur. Bu kimyəvi maddə də eyni təsiri göstərərək dərini gözəlliyinin qeydinə qalır.

Yuxu: Qocalmağa qarşı yuxunun sirri düz yatmaqdır. Düz yatan zaman diafraqma dartılır, döş qəfəsi genişlənir. Nəticədə daha dərindən nəfəs almaq mümkün olur. Bu cür yatmaq sizə ilk vaxtlar çətin gələ bilər. Amma dizləriniz və boynunuzun altına yastıq yerləşdirsəniz, buna daha tez alışa bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm