Yüksək zövqlə dizayn olunmuş qonaq otaqları - Fotolar
Bizi izləyin

Tabloid.az

Yüksək zövqlə dizayn olunmuş qonaq otaqları - Fotolar

Yüksək zövqlə dizayn olunmuş qonaq otaqları - Fotolar

Qonaq otağı evin ən çox istifadə edilən guşəsidir. Ailəmiz və dostlarımızla vaxtımızın çox hissəini burada keçiririk. Bu baxımdan onun dekorasiyası da zövqümüzü oxşamalıdır.

Qonaq otağında rəng nizamı çox əhəmiyyətlidir. Çox rəngli mühit narahatlığa və yorğunluğa səbəb ola bilər. Bunun üçün mebellərdən tutmuş divar kağızı, boya və aksesuarlar bir-birinə uyğun şəkildə uyğunlaşdırılmalıdır. Hər bir detal bir-birini tamamlamalı və uyğun olmalıdır.

Xanımlar çox çalışırlar ki, qonaq otaqları həm gözəl görünüşlü, həm də təmiz olsun. Buna görə də qonaq otağının dizaynına xüsusi fikir vermək vacibdir. Sadəcə rənglərin və aksessuarların bir-birilə uyuşmağına fikir vermək lazımdır.

Qonaq otağı evin ayrılmaz hissəsidir. Bu baxımdan xanımlarımız otağın daha rahat olmasını istəyirlər. Müasir mənzildə əsasən, bir qanun gözlənilməlidir: mebel nə qədər az olsa, bir o qədər yaxşıdır .

Ümumiyyətlə, otaqda avadanlığın qoyulması üçün müxtəlif üsullar var. Lakin bir cəhətə fikir verilməlidir ki, iş yeri pəncərənin qarşısında, istirahət yeri otağın dərinliyində, yemək stolu isə mətbəxə yaxın divarda olmalıdır.

Şəkillər, incəsənət nümunələri, güldanlar praktik əhəmiyyət daşımasa da, mənzil haqqında ümumi təəssürat yaratmağa kömək edir. Otaqda rənglərin və aksesuarların uyğunluğuna diqqət edilməlidir.
Fərqli rənglərin kombinasiyası ilə evinizdə enerji yarada bilərsiniz. Qonağınız üçün hər şeyin mükəmməl olmasını istəyirsinizsə, otağı döşəyərkən diqqətli olun.

Qonaq otağında gözəl tondan istifadə edərək qırmızı divan və ağ-qara oturacaqlarla gözəl bir görünüş əldə edə bilərsiniz.

Dramatik təsir yaratmaq istəsəniz, divarda tünd rənglərdən istifadə edə bilərsiniz. Tünd rəngli bir divandan istifadə edəcəksinizsə, bu halda mebellər mütləq açıq rəngdə olmalıdır.

Şabalıdı rəngin bütün tonları diqqət çəkir. Bu rəngdə olan divarlar insanda xoşbəxtlik və əyləncə hissi yaradır.

Əgər qonaq otağınızda divarların çox diqqətçəkici olmasını istəmirsinizsə, açıq rənglərdən yararlana bilərsiniz.

Qonaq otağı üçün rəng seçərkən diqqət yetirməniz vacib olan bir məqam isə otağın böyüklüyüdür. Bəzi rənglər məkanı daha geniş, bəzi rənglər isə əksinə, daha kiçik göstərir. Qonaq otağınız kiçikdirsə, işığın daha çox əks olunması və otağın daha geniş görünməsi üçün açıq rənglərdən istifadə etməlisiniz.

Mavi rənglərin ən açıq tonları kiçik qonaq otağı üçün istifadə edilə biləcək ən uyğun rənglərdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm