Çanta və ayaqqabılarda saçaq trendi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Çanta və ayaqqabılarda saçaq trendi - FOTOLAR

Çanta və ayaqqabılarda saçaq trendi - FOTOLAR

Saçaq geyim üslubunda ən məşhur dekorlardan biridir. Bu tərzi birinci müasir Amerika hinduları, daha sonra kovboylar məşhurlaşdırıb. Hippi mədəniyyəti vəhşi qərbin kovboylarının gündəlik obrazını müəyyən edən tərz olub. Heç bir özünə hörmət edən vestern onun statusunu müəyyənləşdirən kurtkasında dəbdədbəli saçaqlar olmadan, kadrlarda görünməyə cəsarət etməzdi.

70-ci illərdə azadlıq sevər və hippi həvəskarları müstəqil hinduların mədəniyyətinin simvolu və elementi kimi arxivdən saçaqlı kostyumlarını çıxarırlar. Məşhur jiletlər və saçaqlı çantalar nazik dəri və zamşa materialından hazırlanırdı. Bu əşyalar saplar, dərilər, muncuqlar, ağac və sümük dənələri ilə bəzədilirdi.

Saçaqlar və qotazlar yayın ən əsas dəb tendensiyalarından biridir. Bu mövsüm universal saçaq trendi kolleksiyalarda özünü əyani şəkildə nümayiş etdirib. Saçaq azadlıq rəmzi və laqeydliyi ifadə edir. Bu yay isə bizə elə bu, lazımdır. Bohem, hippi obrazı yaratmaq və azadlıq ruhunu hiss etmək üçün saçaqlı bir aksessuar daşımaq kifayət edir. Saçaqlı çantalar səyahətə gedərkən yol boyu sizin ən yaxşı dostunuz olacaq.

Dizaynerlər ayaqqabı, çanta və aksessuarlarda xüsusi diqqəti saçaqlara veriblər. Ən məşhur variantı həcmli və saçaqlı çantalardır. Bu cür aksessuarlar təvazö haqqında da yadda saxlamaq lazımdır: əgər sən saçaqlı, ayaqqabılarını geyinmisənsə, bu zaman qalan elementlər seçilmiş üslubuna uyğun gəlməlidir.

Gucci, ASOS, Indio, MICHAEL , Convertible, Juicy Couture kimi məşhur brendlərin saçaq detalına xüsusi yer veriblər. Tabloid.az yayın saçaqlı çanta və ayaqqabı dəbinə aid bir neçə nümunə toplayıb:

Фото

C&A; H&M; Stella McCartney

Фото

Tory Burch; River Island; Gucci

Фото

ASH; Tamaris; Aquazurra

Фото

TOPSHOP; Loeffler Randall; Jimmy Choo

Oxumağa davam et
Reklam
Reklam

Gündəm