Enerjini artıran qidalar
Bizi izləyin

Tabloid.az

Enerjini artıran qidalar

Enerjini artıran qidalar

Enerjili olmağın sadə yollarından biri düzgün qidalanma və idmandır. Qidalanma və pəhriz üsulları müxtəlifdir. Elə qidalar var ki, kalori verməklə bərabər kalori xərcləməyə kömək edir.

Hisar Intercontinental xəstəxanasının qidalanma və pəhriz mütəxəssisi Elif Karacanoğlu enerjini qoruyan və artıran qidalar haqqında danışıb. O, karbohidratlı və yağsız ət məhsulların, somon balığının, az yağlı zülalların, yaşıl yarpaqlı və lifli qidaların, mövsümi meyvə və tərəvəzlərin (təzə), tünd şokoladın, çərəzlərin faydalı olduğunu bildirib. Bol su qəbulu, qəhvə və çay kimi içkilər də enerji yüksəltməyə kömək edir.

Bədəni enerji ilə təmin edən karbohidratlar serotonin miqdarını artırır. Tərkibi B qrupu vitaminləri ilə zəngindir. Həmçinin buğda çörəyi, qəhvəyi düyü, kəpəkli taxıllar bədəni enerji ilə təchiz edir və qanda olan şəkər səviyyəsini artırır.

Yağsız ət istifadəsi isə enerjini artırmaqdan əlavə yuxusuzluq və depressiya kimi problemlərə təsirlidir. Yağsız mal əti, toyuq dərisi və hinduşka ətində tirozin və amin turşusu olduğundan enerjini artırmağa kömək edir. Tirozin insanın oyaq olmasına, dopamin və norepinephrin maddələri isə beynin fəaliyyətinə təsir göstərir. Həmin məhsullarda qoruma funksiyası daşıyan B-12 vitamini var.

Omeqa 3 yağ turşuları ilə zəngin olan somon balığı ürək möhkəmliyinin qorunmasına, depressiyaya və bir çox xəstəliklərə faydalıdır. Qoz-fındıq məhsulları, yaşıl və tünd yarpaqlı tərəvəzlər də istifadə edilə bilər. Xüsusilə bəzi çərəzlərdə zülal və maqnezium olduğundan enerjini artırmağa kömək edir. Mövsümi meyvə və tərəvəzlər (təzə) enerjili olmağa kömək edir. Yaşıl yarpaqlı qidalar tərkibində folat maddəsi ilə depressiyanı azaltmağa təsirlidir. Balıq yağının tərkibində alfa linolenik turşusu var. İspanaq, kahı kimi tərəvəzlər də enerjini artırmağa kömək edir.

Lifli qidalar və kifayət qədər su qəbulu gün ərzində enerjini davam etdirməyə kömək edir. Paxla məhsulları, tam taxıllı qidalar, meyvə və tərəvəzlərin tərkibində lif var.

Qəhvə və çay içkisindən lazımi miqdarda istifadə etmək lazımdır. Kofein müvəqqəti olaraq zehni fokuslandırmağa və enerjini yaxşılaşdırmağa kömək edərək maddələr mübadiləsini sürətləndirir.

Tünd şokoladı enerjini artırarkən seraton hormonunun ifrazını təmin edir. Əhvalı qaldırmağa yaxşı təsir göstərir.
Gün ərzində daha çox enerjili olmaq istəyirsinizsə, tam taxıllı karbohidratlardan, az yağlı zülallardan istifadə edə bilərsiniz.
Enerjili olmaq üçün idman məşqləri də faydalıdır. Pəhriz və nizamlı məşq, enerjini artırmağın yaxşı yoludur. Tədqiqatlar nizamlı məşqlərin daha çox enerji verdiyini və psixi sağlamlığı da tarazlıqda saxladığını bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm