Balaca şahzadənin sadə ad günü məclisi
Bizi izləyin

Tabloid.az

Balaca şahzadənin sadə ad günü məclisi

Kral ailəsinin təşkil etdiyi məclisdə yalnız yaxın qohumlar iştirak edəcəklər

Bu gün Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Midltonun oğlu Corcun ad günüdür.

1 yaşı tamam olan balaca şahzadənin ad günü sadə mərasimlə qeyd ediləcək. Kral ailəsinin təşkil etdiyi məclisdə yalnız yaxın qohumlar iştirak edəcəklər.

Hersoginya daha sonra Kensinqton Sarayında qonaqlıq verəcək.
Ailəyə yaxın mənbələrin verdiyi məlumata görə, şahzadəyə taxta oyuncaqlar və geyim hədiyyə ediləcək.

İngiltərə mətbuatında orta səviyyəli bu ad günü məclisinin şahzadəyə yaraşmadığı vurğulanıb.
Qeyd edək ki, şahzadə Uilyam ad günündə özünə 8 milyon funt-sterlinqə (10 milyon manat) vertolyot almışdı.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm