Kənan İmirzalıoğlu hər həftə bir gözəllə əylənir - Fotolar
Bizi izləyin

Tabloid.az

Kənan İmirzalıoğlu hər həftə bir gözəllə əylənir - Fotolar

Onlar 5 il əvvəl sevişmə səhnələri ilə gündəmə gəlmişdilər

Türkiyəli aktyor Kənan İmirzalıoğlu Marmarisdə istirahət edir.

Tabloid.az xəbər verir ki, yaraşıqlı aktyor hər həftə bir gözəllə görüntülənir. Keçən həftə Kübra Küçük ilə Bodrumda görüntülənən İmirzalıoğlu indi də Marmarisdə aktrisa Berrak Tüzünataçla birlikdə fotokameralara tuş gəlib. Kənanla Berrakın Səlimiyədə eyni oteldə qaldıqları bildirilir.

Bütün gün söhbət edib zarafatlaşan cütlük daha sonra dostları ilə birlikdə qayıqla dənizə çıxıblar.

Xatırladaq ki, Kənan İmirzalıoğlu ilə Berrak Tüzünataç 5 il əvvəl "Ejder Kapanı" adlı filmdə tərəf müqabili olmuş, sevişmə səhnələri ilə gündəmə gəlmişdilər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm