Oksana məşhur hindistanlı aktyor Salman Xanla - Foto
Bizi izləyin

Tabloid.az

Oksana məşhur hindistanlı aktyor Salman Xanla - Foto

Sevilən rəqqasəmiz Oksan Rəsulovanın Hindistanda olması ilə bağlı xəbər vermişdik.

Sevilən rəqqasəmiz Oksan Rəsulovanın Hindistanda olması ilə bağlı xəbər vermişdik.

Tabloid.az xəbər verir ki, bu ölkədə keçirilən “İndias Best Cine Star Ki Khoj” müsabiqəsinə qatılan Oksana artıq final mərhələsinə vəsiqə qazanıb.

Rəqqasə mütəmadi olaraq istifadəçisi olduğu “Facebook” sosil şəbəkəsində yaradıcılığı ilə bağlı məlumat verir. Bu dəfə isə o, Hindistanın tanınmış aktyoru Salman Xanla (Salman Khan) çəkdirdiyi “selfie” şəklini paylaşıb və bu haqda təəssüratlarını yazıb:

“Bu gün Salman Xan “İndias Best Cine Star Ki Khoj”nın möhtəşəm açılışına gəldi. 12 nəfər aktyorluq və rəqs bacarığını göstərdi. Gələn bazar günü bizi mütləq izləyin. Dəyərli, sevdiyim aktyor Salman Xan mənə şəxsən dəstək oldu. Ayrı sürprizlər də var, onu da məni izləyəndə biləcəksiniz”.

Qeyd edək ki, Oksan Rəsulovanın iştirak etdiyi “İndias Best Cine Star Ki Khoj” adlı şou Hindistanın ən məşhur kanalı olan “ZEE TV”-də hər həftənin şənbə və bazar günü Bakı vaxtı ilə saat 20.30-da yayımlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm