"Victoria’s Secret"in mələyi ərə getdi
Bizi izləyin

Tabloid.az

"Victoria’s Secret"in mələyi ərə getdi

Cütlük toydan dərhal sonra bal ayı üçün Cənubi Afrikaya yola düşüb

"Victoria’s Secret" mələyi Behati Prinslu məşhur rok qrupu "Maroon 5"ın solisti Adam Levin ilə ailə qurub. Meksikada baş tutan toy mərasimində cütlüyün ailələri və dostları iştirak ediblər. Toy "El Dorado Golf & Beach Club" adlı məkanda olub.

275 nəfərin iştirak etdiyi toy mərasiminə gələnlər arasında Robert Douni, Conah Hill, Ceyson Sigel və Kendis Sveynpol kimi məşhurlar da olub.

Cütlük toydan dərhal sonra bal ayı üçün Cənubi Afrikaya yola düşüb.

Xatırladaq ki, Adam Levinin əvvəllər "Victoria’s Secret" modellərindən olan Anne Vyalitsyna və Angela Bellotte ilə eşq münasibəti olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm