Yayın ekstravaqant bikini dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Yayın ekstravaqant bikini dəbi - Fotolar

Qadınlar sahildə gözəl görünmək üçün pəhriz saxlayır, idman edir, bir sözlə bütün gücü ilə çimərlik mövsümünə hazırlaşır. Sahildə ideal bədənini nümayiş etdirməkdən ötrü bir-biri ilə yarışa girirlər. Çimərlikdə çəkici görünmək üçün ideal bədən quruluşu qə

Qadınlar sahildə gözəl görünmək üçün pəhriz saxlayır, idman edir, bir sözlə bütün gücü ilə çimərlik mövsümünə hazırlaşır. Sahildə ideal bədənini nümayiş etdirməkdən ötrü bir-biri ilə yarışa girirlər. Çimərlikdə çəkici görünmək üçün ideal bədən quruluşu qədər bikini seçimi də əhəmiyyətlidir.

Çimərlik geyimləri kiçik hissədən ibarət olduğu üçün onun üzərində maraqlı fasonlar fikirləşmək qəliz məsələdir. Bununla belə dizaynerlər sonsuz fantaziyasından bəhrələnərək kolleksiyalarında əlvan və şıq modellərə yer veriblər. Bu yay çimərlikdə olduqca diqqət çəkən parçalar, inanılmaz rənglər, təsvirlər və modellər xanımların çimərlik obrazını vurğulamağa kömək edəcək. Dizaynerlər çimərlik geyimlərində inanılmaz dərəcədə fərqli dekoltelərə imza atıb. Bu yay çimərlik geyimlərində pəncərə tərzi deyilən fərqli detalı görən zaman təəccüblənməyin.

2014-cü ilin bikini dəbi fərqli dekoltelərlə qarşımıza çıxır. Bikinilərdə qüsur gizlətmək mümkün olmadığı üçün kök xanımlar bütöv çimərlik geyimlərinə yönəlməlidir. Bütöv çimərlik geyimlərində canlı, neon və pastel tonları hakimiyyəti öz əlinə alıb.

Artıq çəkini gizlətmək üçün xanımlar tünd, qara və qəhvəyi rənglərə müraciət edə bilərlər.

Həddindən artıq arıq xanımlar isə əlvan və şəkilli çimərlik geyimlərinə daha çox üstünlük verməlidir. Üzərində iri güllər təsvir olunan bu tip xanımlar üçün ideal seçimdir.

Bu mövsüm 90-ci illərin dəbi bikini dəbində özünü göstərir. Belə ki, hündür belli, şort tərzi çimərlik geyimləri göz oxşayır.

Tabloid.az mövsümün bikini dəbinə aid bir neçə nümunə toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm