Diyetik şokoladlı maffin - Resept
Bizi izləyin

Tabloid.az

Diyetik şokoladlı maffin - Resept

Tabloid.az bir ədədində 65 kalori olan diyetik şokoladlı maffinin reseptini təqdim edir:

Tabloid.az bir ədədində 65 kalori olan diyetik şokoladlı maffinin reseptini təqdim edir:

İnqrediyentlər:

Un - 1 stəkan (yulaf və ya tam taxıldan)

toyuq yumurtası - 1 ədəd

qabartma tozu - 1 çay qaşığı

vanilin – 3 qram

kakao tozu - 2 xörək qaşığı

alma – 1 ədəd

yağsız kəsmik – 50 qram

alma şirəsi 50 qram

zeytun yağı - 2 çay qaşığı

şirinlik üçün steviya, zövqə görə

Hazırlanması:

Yumurtanı şəkər tozu ilə çalın. Quru inqrediyentləri - unu, qabartma tozunu, kakaonu, vanilini bu kütləyə əlavə edin. Almanın qabığını soyun, içərisini təmizləyin və kub formasında doğrayın. Un kütləsinə alma şirəsini, kəsmiyi, bitki yağını, almanı əlavə edin.

Bu xəmir 12 ədəd maffin üçün yetərlidir.

Hazır formanın yarısına qədər bu xəmiri tökün. Sobanı 200 dərəcə isidin və maffinləri 30 dəqiqə bişirin. Maffin bişəndə şişir və formadan başı hündür görünür.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm