Çılpaq yatmağın inanılmaz faydaları - Fotolar
Bizi izləyin

Tabloid.az

Çılpaq yatmağın inanılmaz faydaları - Fotolar

Seksual və şirin pijamalarınızı sevdiyinzi yaxşı bilirik. Amma hərdənbir onlardan imtina etmək lazımdır. Çünki çılpaq yatmağın həm seks həyatına, həm də sağlamlığa bir çox faydaları var. Tabloid.az Türkiyə mətbuatına istinadən çılpaq yatmağın faydalarını

Seksual və şirin pijamalarınızı sevdiyinzi yaxşı bilirik. Amma hərdənbir onlardan imtina etmək lazımdır. Çünki çılpaq yatmağın həm seks həyatına, həm də sağlamlığa bir çox faydaları var. Tabloid.az Türkiyə mətbuatına istinadən çılpaq yatmağın faydalarını təqdim edir:

Qoyun dəriniz hava alsın: Mütəxəssislərin rəyinə görə, çılpaq yatmaq xüsusi bölgələrimiz üçün olduqca faydalıdır. Bu bölgədə olan bakteriyaların çoxalıb zərərli hala gəlməsinə çılpaq yataraq mane ola bilərsiniz.

Seksdən zövq alın: Çılpaq yatanda bədəninizdə oxytoxin kimi kimyəvilər ifraz edilir ki, bu da seksdən daha çox zövq alıb rahatlamağa kömək olur.

Sərin yerdə yataraq gözəlləşin: “Hormon Pəhrizi” adlı kitabın yazıçısı Nataşa Turnerə görə, gecə çox istidə yatmaq melatoninin, yaṣlanmanı gecikdirən hormonların ifraz olunmasını ləngidir. Ona görə də isti havalarda gecə paltarında yatmayın. Bədən istiliyiniz azaldığı zaman yaşlanmanı gecikdirən hormonlar ifraz olunub yeniləyici, təravətləndirici kimi möcüzələri meydana gətirir. Bu da saçların və dərinin möhtəşəm görünməsini təmin edir.

İdeal bədənə qovuşun: Aclıq və enerji səviyyənizi nəzarət edən kortizol çılpaq yatdığınız zaman düşərək rahatlamanızı təmin edir. Eyni zamanda, acmanıza və çox yeməyinizə də maneə törədir.

Özünüzdən əmin olun: Çılpaq yatan zaman dəri yaxşı nəfəs aldığı üçün özünüzü daha seksual hiss edəcəksiniz. Çünki yataḡın və havanın sərinliyini hiss etmək dolayası ilə seksuallığı ifadə edir. Bu da özünüzə olan etibarınızı artıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm