• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qüsursuz və parıltılı dəri üçün pilinq maskaları

Qüsursuz və parıltılı dəri üçün pilinq maskaları

Qüsursuz və hamar dəriyə sahib olmaq üçün ilk olaraq dərini ölü hüceyrələrdən təmizləmək lazımdır. Tabloid.az az mətbəxdəki ərzaqlardan asan hazırlanan pilinq reseptlərini təqdim edir:

Şəkər mükəmməl soyucudur. Şəkər dərini dərindən təmizləyir. Bir qaşıq şəkəri iki yemək qaşığı qliserinlə, yaxud dəri tipinə uyğun təbii bitki yağı ilə qarışdırıb üzünüzə çəkin. Qarışığı ovcunuzun içinə alaraq üzünüzə dairəvi hərəkətlərlə masaj şəklində çəkin. 5 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun.

Çiy yulaf dəri üçün mükəmməl qidadır. Belə ki, üzü təmizləyərək təravət və rəng verir. 3 çay qaşığı təzə yulafı 1 çay qaşığı bal ilə qarışdırın. Sonra içinə 1 çay qaşığından az alma sirkəsi əlavə edin. Bu pilinq dərini ağardıb təravət bəxş edəcək.

Zeytun yağı ilə dəniz duzunu qarışdırın. Həftədə bir dəfə masaj şəklində bədənin hər tərəfinə masaj edərək çəkə bilərsiniz. Qoxusu sizi narahat edirsə, içinə bir qədər qaysı yağı əlavə edə bilərsiniz.

Yaşıl çay təkcə içildiyi zaman faydalı hesab olunmur. Belə ki, dəriyə çəkildiyi zaman da möcüzələr yaradır. O, dəridəki sızanaqları qurudub, yaranmasının qarşısını alır. Təzə yaşıl çayı dəmləyib çay dənələrini üzünüzə masaj formasında çəkin və 15 dəqiqə gözləyin.

Qatıq və qoz maskası dərinin ən vəfalı dostudur. Yarım stəkan çəkilmiş qozu armudu stəkan qatıqla qarışdırın. Bu maska dəridə 15 dəqiqə qalmalıdır. Daha sonra üzünüzü ilıq su ilə yaxalayın.

Ananas maskası üçün kiçik parçalara bölünmüş bir ananas, bir yemək qaşığı ananas suyu, bir yemək qaşığı bal və eyni nisbətdə yulaf əzməsi lazımdır. Ananası bir kasada əzdikdən sonra ananas suyunu, bal və yulaf əzməsini qarışdırın. Yaxşıca qarışdırdıqdan sonra, üzünüzü isladın və alınan kütləni dairəvi hərəkətlərlə dərinizə çəkin. 5 dəqiqəlik pilinq kifayətdir, üzünüzü ilıq su ilə yuyun.

Gil, qarğıdalı unu və istənilən kremi qarışdırın. Qarışığı çəkib bir neçə dəqiqə gözləyin, daha sonra ovaraq çıxarın və dərini ilıq su ilə yaxalayın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR