Qələm əhlini təbrik edən sənətçilər
Bizi izləyin

Tabloid.az

Qələm əhlini təbrik edən sənətçilər

Sənətçilər qələm əhlini təbrik etdi

Bu gün jurnalistlərin peşə bayramıdır. Tabloid.az-açıqlama verən sənət əhli onları belə təbrik etdi:

İradə İbrahimova:

“Bütün jurnalistləri təbrik edirəm. Onlar müğənnilərin təbliğatında böyük rol oynayırlar. Onlarla uzun sürən dostluğumuz var. Onlar Türkiyədə belə məni unutmadılar. Yolu buradan düşən televiziya və media nümayəndələri mənə baş çəkiblər. Onların diqqəti məni hər zaman şad edib. Peşə bayramınız mübarək dostlar! Uğurunuz, sevinciniz bol olsun!”

Ayan Babakişiyeva:

“Bütün jurnalistləri təbrik edirəm. Ölkənin əsas saytları və hörmətli jurnalistlər hər zaman mənim yanımda olublar. Dostlarım bu gün də yanımdadırlar”.

Humay Qədimova:

“Əziz jurnalistlər, peşə bayramınız mübarək! Sənət camiyəsində yüzlərlə jurnalistlə dostluq edən həmkarlarım var ki, onlardan biri mənəm. Dəyərli insanlarla dostluq etmək qürurludur. Mənim acı günümdə də onlar mənə dəstək oldular. Hər birinizi təbrik edir, uğurunuzun bol olmasını diləyirəm!”

Elmira Ələkbərzadə:

“Əziz dostlarım. Bayramınız mübarək. Sizinlə dostluq etmək gözəldir. Var olun! Qələminiz iti olsun!”

Aysel Əlizadə:

“Əzizlərim bayramınız mübarək! Nə yaxşı ki, bizim həyatımızda dəyər verdiyimiz jurnalistlər var. Dostlarımın timsalında bütün qələm əhlini ürəkdən təbrik edirəm. Dostluqdan əskik olmayın! Sizinlə fəxr edirik!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm