Tabloid.az
Modadan bəhs edən 10 ən yaxşı film - Fotolar
Məşhur dəb ikonlarının həyatını əks etdirən, trendlər və stil barədə bizə nümunə olan bir çox moda filmləri var. Tabloid.az "buro 247.az"-a istinadən hər bir dəbli qadının baxmalı olduğu 10 filmi təqdim edir:
"Şeytan Prada geyinir"
Baş rollarda Meril Strip və Enn Heteueyin çəkildiyi film Amerikanın dəb paytaxtı Nyu-Yorkda yüksək nüfuzlu jurnalın ofisində baş verən hadisələrdən bəhs edir. Eyni adlı əsərin yazıçısı Loren Vaysberqer vaxtı ilə "Vogue" jurnalında Anna Vinturun şəxsi assistenti işləyib və filmdəki "Runway" jurnalı "Vogue"un, baş redaktor Miranda Pristli isə Anna Vinturun protopitidir. Dəbsevərlər bu filmdə bir-birindən maraqlı və şıq ofis geyimlərini nümunə götürə bilərlər.
"Böyük şəhərdə seks"
"Böyük şəhərdə seks" filmdən çox dəfiləyə bənzəyir. Nyu-Yorkda
yaşayan, uğurlu karyeraları olan dörd qadının sevgi və seks
üzərində qurulmuş hekayələrindən bəhs olunur. Filmin ən ikonik
paltarlarından biri Kerri Bredşounun Vivien Vestvud tərəfindən
dizayn edilmiş gəlinliyidir.
"Şopaqolikin etirafları"
Rebekka Blumvudun yüzlərlə paltarı, ayaqqabısı olsa da, alış-veriş
etməkdən özünü saxlaya bilmir. Şopaqolikliyi onu çoxlu borc almağa
və yalan danışmağa məcbur edir. Rebekka kimi alış-veriş sevənlərə
bu filmi izləmək tövsiyyə olunur.
"Koko Şaneldən əvvəl"
Moda tarixinin axarını dəyişdirən dizayner Koko Şanelin
bioqrafiyasını əks etdirən film 2009-cu ildə çəkilib. Fransız
aktrisa Odri Totu Şanelin dərzilik etdiyi, kabaredə rəqs edib mahnı
oxuduğu illəri, eləcə də ehtiraslı sevgi hekayəsini tamaşaçıya ən
mükəmməl formada təqdim edə bilib. Filmdə Şanelin dəbdə ikon halına
gəlmiş zolaqlı köynəkləri, ağ yaxalıqları, balaca qara paltar
ideyalarının necə yarandığı da göstərilir.
"Tiffanidə səhər yeməyi"
"Balaca qara paltar"ın müəllifi Koko Şanel olsa da, onu 40 il sonra
trendə çevirən Odri Hepberndir. Filmdə geyindiyi "Givenchy" imzalı
paltar 2006-cı ildə keçirilən hərracda 920 min dollara satılıb.
1960-cı illərin dəbini anlamaq üçün bundan yaxşı film tapmaq
çətindir. "Tiffanidə səhər yeməyi"ndən sonra qara rəngi sevməyən
dəb sevərlər də qarderoblarınd dəyişiklik edəcəklər.
"Fabrik qızı"
Endi Uorholun dəb industriyasına təsiri az olmayıb. Bu film
Uorholun çəkilişlərində iştirak edən və "Fabrik" adlı studiyasına
tez-tez qonaq olan aktrisa Edi Sedjvikin modellik yolunu əks
etdirir.
"Enni Holl"
Vudi Allenin çəkdiyi və baş rolunu ifa etdiyi "Enni Holl" romantik
komediyası bir cütlüyün münasibətə başlaması və bitirməsini əhatə
edir. Filmdə Enni rolunun ifaçısı Dayan Kitonun hündür belli
şalvarları, iri papaqları, feminen jiletləri olduqca şıqdır. Burada
70-ci illərin dəbi əksini tapıb.
"Sentyabr buraxılışı"
2007-ci ildə baş redaktoru Anna Vintur olan "Vogue" Amerika nəşri
jurnal tarixinin ən qalın buraxılışını hazırlamağı planlaşdırıblar.
Jurnalın kulisini nümayiş etdirən filmdə Vinturun necə nüfuzlu
fiqur olduğu aydın görünür.
"İv Sen Loren"
İv Sen Loranın 1958-ci ildə başlayan və onu dəbin əsas simasına
çevirən karyerasına fokuslanan film bu il təqdim olunub. Ekran
əsərində Loranın həm iş, həm də şəxsi həyatda partnyoru Pyer Berje
ilə münasibətləri də əks olunub.
"Parıltılı həyatlar"
Moda filmindən çox pop-mədəniyyətin tənqidi olan "Parıltılı
həyatlar" real hadisələrə köklənib. Film "Vanity Fair" jurnalında
yayımlanan "Oğrular Labuten geyinir" adlı məqalə əsasında çəkilib.
5 gəncin məşhurların evinə girərək bahalı paltarları, çantaları,
saatları, ayaqqabıları oğurladığı filmi maraqla izləyəcəksiniz.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı