Tabloid.az
Astroloji proqnoz - 23 iyul
Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...
QOÇ - Bu füsunkar gündə üzərinizə düşən başlıca vəzifə daxili sabitliyinizi qorumaqdan ibarət olmalıdır. Xarakterinizə xas olan çılğınlıqdan uzaqlaşın. Büdcənizi sağa-sola səpməyin.
BUĞA - Narahatçılığınıza heç bir əsas yoxdur. İştirakçısı olduğunuz situasiyaların gərginliyinə baxmayaraq, Göy qübbəsi sizə maraqlı məqamlar və mənəvi dayaq bəxş edəcək.
ƏKİZLƏR - İyul ayının ən uğurlu təqvimini yaşayacağınız güman olunur. Qarşılıqlı münasibətlərin tənzimlənməsində, həmçinin gələcək perspektivlərin nizamlanmasında uğurlarınız ola bilər.
XƏRÇƏNG - İşgüzarlığınızı artırmaqla qarşınıza qoyduğunuz məqsədlərə asanlıqla nail ola bilərsiniz. Bu səbəbdən də istirahətinizi hələlik təxirə salmalısınız. Risk etməkdən qorxmayın.
ŞİR - Bu gündən hakim olan Günəş sizə füsunkar məqamlar bəxş edəcək. Az qala bütün proseslərdən zövq alacaqsınız. Uzaq səfərə çıxmaq, dənizə getmək sıxıntılarınızı xeyli səngidəcək.
QIZ - Ötən günlərdən fərqli olaraq bu ərəfədə vəziyyət sizin xeyrinizə olacaq. Bir şərtlə ki, çıxardığınız qərarlar reallıqdan doğsun. Saat 15-18 arası yeni əlaqələrə başlamağa dəyər.
TƏRƏZİ - İxtiyarınızda olan bu təqvimdə qismən qanqaraldıcı mənzərənin iştirakçısı ola bilərsiniz. Təmkinli olsanız, bu xoşagəlməzlik dəf olunacaq. Cibiniz boş deyilsə, səfərə çıxın.
ƏQRƏB - Yeni tanışlıqlar yolunuzu gözləyir. Xüsusən də günün birinci yarısında nüfuzlu adamlarla ünsiyyət yaradacağınız mümkündür. Nahardan sonra isə münaqişəyə cəlb oluna bilərsiniz.
OXATAN - Şəxsi büdcənizi artırmaq üçün bu təqvimdən maksimum yararlanmalısınız. Eyni zamanda o qədər də ilıq olmayan sevgi münasibətlərinə diqqət ayırmağı da unutmamalısınız.
OĞLAQ - Əgər səfərə çıxsanız, hansısa ürəkaçan hadisənin olacağını düşünməyin. Bunun qarşısını almaq üçün evdə daha çox oturmalısınız. Axşama yaxınsa sevindirici xəbər eşidəcəksiniz.
SUTÖKƏN - Astroloji göstəricilər bu təqvimdə sizə bir qədər gərginlik vəd edir. Bunu nəzərə alıb ciddi işlərinizi təxirə salın. Nəzərə alın ki, bu gərginliyin ömrü qısadır. Riskdən qaçın.
BALIQLAR - Maliyyə problemlərinizin artmasından qorxmayın. Çünki pul gəldi-gedərdir. Əsas diqqətinizi sağlıq durumunuza yönəldin. Bu təqvimdə taleyinizdə dönüş yaratmaq üçün şansınız olacaq.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO