• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Sibel Can oğlunun mavi olması barədə sual verən jurnalisti təhqir etdi

Sibel Can oğlunun mavi olması barədə sual verən jurnalisti təhqir etdi

Məşhur türkiyəli sənətçi Sibel Can jurnalistə ona verdiyi suala qörə qəzəblənib.



Anspress-in xəbərinə görə, müğənni Sibel Can bir neçə gün əvvəl keçmiş həyat yoldaşının oğlu Engin Can haqqında verdiyi açıqlama barədə soruşan jurnalisti təhqir edib.



Nişantaşı Amerikan xəstəxanasında uşaq dünyaya gətirən bir tanışının yanına ziyarətə gedən Sibel Can orada jurnalistlərlə qarşılaşıb. Son albomu və verəcəyi konsert haqqında danışdıqdan sonra mövzu ailə məsələsinə gəldikdə hisslərinə hakim ola bilməyib.



Söhbət əvvəlcə yaxşı başlansa da, sonradan jurnalistlərdən birinin sualı ilə korlanıb.



Belə ki, ötən həftə keçmiş həyat yoldaşı Hakan Ural "oğlum mavi olarsa, ona müdaxilə etmərəm" demişdi. Jurnalist bunu xatırladaraq, Sibel Candan fikrini soruşduqda sərt cavab alıb.



""Cındırsınız", ailəm haqqında çirkin suallar soruşursunuz. Belə suallar verməli deyilsiniz", - deyə Sibel Can jurnalistə kəskin reaksiya verib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR