• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Xanım Qafarovanın son rəqsi - Video

Xanım Qafarovanın son rəqsi - Video

Əməkdar artist, Musiqili Teatrın aktrisası olan Xanım Qafarovanın yeni videosu yayılıb.

Tabloid.az xəbər verir ki, sosial şəbəkədə müğənni Kərim Abbasovun prodüseri Məmməd Məhərrəmov tərəfindən yayılan videoda mərhum sənətçi rəqs edir.

Müğənni Kərimlə sevilən aktrisa 2013-cü il mayın 30-da “Xəzər” televiziyasında nümayiş olunan “Qayınana” serialının çəkilişləri üçün kamera önünə keçiblər. Onlar birgə “Cütçü” rəqsini oynayırlar.

Qeyd edək ki, süd vəzi xərçəngi xəstəliyindən əziyyət çəkən Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarova cari ilin iyulun 11-də vəfat etdi.

Neçə illərdir ki, xərçəngdən əziyyət çəkən aktrisa xəstəliyi ilə əlaqədar 2009, 2011 və 2013-cü illərdə əməliyyat keçirmişdi. O, İstanbulda yerləşən Fatih Universiteti Tibb Fakültəsinin xəstəxanasında müayinə olunaraq Sante Onkoloji Mərkəzində müalicə almışdı. Onun müalicəsi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.

Son günlər səhhəti yenidən ağırlaşan Xanım Qafarovanın müalicəsi İsraildə davam etdirilməli idi. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva bununla bağlı göstəriş vermişdi. Lakin vəziyyəti kəskin ağırlaşan aktrisa vəfat etdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR