Gözəllik müsabiqəsinin biletləri satışa çıxarıldı – Video
Bizi izləyin

Tabloid.az

Gözəllik müsabiqəsinin biletləri satışa çıxarıldı – Video

89-cu “Miss Globe İnternational” 2014-cü il avqustun 23-də Azərbaycanda ilk dəfə olaraq keçiriləcək. Müsabiqə 72 ölkədə canlı olaraq yayımlanacaq.

“Miss Globe İnternational” Beynəlxalq Gözəllik müsabiqəsinin biletləri artıq satışa çıxarılıb.

Tabloid.az xəbər verir ki, 89-cu “Miss Globe İnternational” Beynəlxalq Gözəllik müsabiqəsinin final mərhələsində iştirak etmək üçün türkiyəli məşhurlardan “Kurtlar vadisi” serialında Memati obrazı ilə tanıdığınız aktyor Gürkan Uygun, rəqqasə Asena, müğənnilər Gökhan Özen, Demet Akalın, Kaan Gülsoy, rumıniyalı qrup “Radio Killer” və müğənni İnna, rusiyalı müğənni Lolita və digər məşhurlar Bakıya gələcəklər.

Məlumat üçün bildirək ki, “Miss Globe İnternational” müsabiqəsi 88-ci dəfə 2012-ci ildə keçirilib və müsabiqənin qalibi Braziliyanı təmsil edən Jakelyne De Oliveira münsiflər heyətindən 184 bal alaraq “Gözəllik Kraliçası” seçilib.

89-cu “Miss Globe İnternational” 2014-cü il avqustun 23-də Azərbaycanda ilk dəfə olaraq keçiriləcək. Müsabiqə 72 ölkədə canlı olaraq yayımlanacaq.

Xatırladaq ki, 120 ölkənin iştirak edəcəyi “Miss Globe İnternational” Gözəllik Müsabiqəsinin təşkilatçısı “Signs ART Adventure” şirkəti, layihənin baş sponsoru isə “Xəzər Adaları (Khazar İslands) layihəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm