Flora Kərimovanın gənclik - Fotoları
Bizi izləyin

Tabloid.az

Flora Kərimovanın gənclik - Fotoları

Bu gün görkəmli sənətkar, xalq artisti Flora Kərimovanın doğum günüdür.

Bu gün görkəmli sənətkar, xalq artisti Flora Kərimovanın doğum günüdür.

Tabloid.az xəbər verir ki, sevilən ifaçımız 73 yaşını qeyd edir.

Qeyd edək ki, müğənni 1941-ci ildə Bakıda anadan olub. Xalq artisti 1964-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini və 1977-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun “Çinar” ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edən F.Kərimova 1983-ci ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.

Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli (“Leyli və Məcnun”, Ü.Hacıbəyli) partiyasında çıxış edib (1966), “Qanun naminə” (1968) bədii filmində çəkilib.

Klassik Avropa operası ( nümunə üçün “Qaynana” filmində “Dilbərin” ariyası, “Sular qızı” romansı ), milli opera janrı ( doqquz dəfə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında Leyli ), xalq mahnıları, bəstəkar mahnılarının, klassik art-estrada ( Sovet Estradası ) janrlarının ustad ifaçısıdır. Azərbaycan klassik art-estrada janrının banisidir.

Bəstəkar Elza İbrahimova, məxsusi olaraq Flora Kərimovanın səsi üçün “Afət” operasını bəstələyib. Dövlət Opera və Balet Teatrında “Leyli və Məcnun” operasında Leyli kimi çıxış edib.

“Qanun naminə” (1968) bədii filmində çəkilib. Əsrarəngiz səsi, bəşər tarixində yeganə dörd (4-cü) oktavanı aşan müğənnidir.

Flora Kərimovanın bir qızı və bir oğlu var.

Tabloid.az kollektivi də Flora xanımı doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür arzulayır!

Flora Kərimovanın müxtəlif illərdə çəkdirdiyi fotoları təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm