Subay qızların 6 üstünlüyü
Bizi izləyin

Tabloid.az

Subay qızların 6 üstünlüyü

Yalnızlığı sevmək üçün 6 səbəb

Bəzən insanlar evli olmamağı və həyatında heç kimin olmamasını dərd edirlər. Ancaq əmin olun ki, subay olmaq elə də böyük bir problem deyil. Sizə qəribə gəlsə də, subaylığın bəzi üstünlükləri də var. Yalnızlığı sevməyiniz üçün sizə təqdim etdiyimiz bu 6 səbəb kifayət edəcək.

Yataq təkcə sizə aiddir

Subaylığın ən yaxşı tərəfi yatağın bir tərəfinə məhkum olmamaqdır. Yataq sadəcə sizə aiddir. İstəyəndə sağ, istəyəndə sol tərəfdə yatın. Yastıq və yorğan da sizindir. Üstəlik, yanınızda bütün gecə xoruldayaraq sizu narahat edən heç kim yoxdur. Şirin və rahat yuxu. Bundan yaxşı nə ola bilər?!

İstədiyiniz hər şeyi yeyə bilərsiniz

Axşam evə gələndə yemək bişirməyə ərinə bilərsiniz. Evli olsaydınız mütləq makaron da olsa bişirməli olacaqdınız. Ancaq subaylığın üstünlüyündən biri də budur ki, yemək bişirmək istəməyəndə, salat və ya tost yeyə bilərsiniz. Yemək bişirməyinizi gözləyən, aclıqdan şikayət edən heç kim olmayacaq.

Baxımsız ola bilərsiniz

Arzuolunmaz tüklərdən xilas olmaq bütün xanımları bezdirən prosesdir. Subay xanımlar şalvar geyinərək bir həftəyə kimi bu darıxdırıcı prosesdən qaça bilərlər. Çünki onsuz da onlardan qüsursuz olmalarını gözləyən heç kim yoxdur.

Sosial şəbəkələrdə daha çox vaxt keçirmək olar

Keçmiş sevgililərinizlə “Facebook”da dost ola bilər, onları təqib edə bilərsiniz. Ancaq evli olsaydınız, əlbbəttə ki, əriniz buna icazə verməzdi, hətta keçmiş sevgililərinizin dostlar siyahınızda olması çox böyük problemə səbəb olardı. Subaylıq rahatlıq deməkdir.

Flirt etmək maraqlıdır

Heç kimlə münasibətiniz yoxdursa, bəyəndiyiniz oğlanla flirt edə bilərsiniz. İstədiyiniz vaxt yeni insanlarla tanış ola bilərsiniz. Baxışmaq, tanışmaq və gülüşmək həyata həyəcan qatır.

Dostlara daha çox vaxt ayıra bilərsiniz

Evləndikdən sonra istər-istəməz yaxın dostlarla belə əlaqələr əvvəlki kimi olmur. Onlardan uzaqlaşmağa başlayırsınız. Çünki danışmağa, görüşməyə vaxt tapmırsınız. Başınız ev işləri, həmçinin digər problemlərə qarışır. Ancaq sizin belə bir dərdiniz yoxdur. Subay olduğunuz üçün istədiyiniz dostunuzla, rəfiqənizlə görüşüb əyləncəli saatlar keçirə bilərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm