45 yaşlı Ceniferin həyatındakı kişilər - Fotolar
Bizi izləyin

Tabloid.az

45 yaşlı Ceniferin həyatındakı kişilər - Fotolar

“Analar da seksual ola bilər”

İllər bütün qadınlar üzərində hakimdir. Onların gözəlliyini az da olsa oğurlamağa nail olur. Ancaq bir latın-amerikalı gözəli var ki, zaman onun dostuna çevrilib. İllər onu nəinki qocaldır, əksinə daha da gəncləşdirir, gözəlləşdirir.

Söhbət 45 yaşlı əkiz uşaq anası, pop ulduz Cenifer Lopezdən gedir. Bu gün onun ad günüdür. Ulduzun ad gününü necə keçirdiyini hələlik bilmirik.

Amma bizə məlum olan budur ki, 23 ildir səhnədə olan sənətçi gözəlliyini və enerjisini hələ də qoruyub saxlayır.

Son 10 ilin ən bacarıqlı qadını seçilən Cenifer 2007-ci ildə ən nüfuzlu qadın kimi “Ginnesin rekordlar kitabı”na düşüb. 2010-cu ildə isə “Əfsanə” mükafatını alaraq öz adını tarixə yazdırıb. Albomları ümumilikdə 55 milyondan çox satılıb. Bütün bu uğurlarda ona gözəlliyi də kömək edib.

İki milyon dollara sığorta etdirdiyi iri ombası ilə şöhrətini bütün dünyaya yayan ulduz indi də cazibədar bədənini nümayiş etdirməkdən çəkinmir.

Bəs görəsən onun gözəlliyinin sirri nədir? Ən yaxşısı bunu onun özündən öyrənin. “Şirin söhbət”də Cenifer Lopezin Türkiyə mətbuatına verdiyi ən səmimi müsahibəni təqdim edirik.

-Əkiz uşaqların var və 45 yaşındasan. Amma hələ də möhtəşəm görünürsən. Sirrin nədir?

- Dünyadakı bütün qadınlar kimi mən də gözəlliyimi qorumaq üçün idmanla məşğul olmağa məcburam. Gün ərzində saatlara rəqs edirəm. Bu möhtəşəm təsirə malik olan idmandır. Əkizləri dünyaya gətirdikdən sonra yeyib-içdiyimə daha diqqətlə yanaşıram.

- Üzmək də ideal bədən üçün faydalıdır?

-Əlbəttə. Mən hovuzda üzməyə üstünlük verirəm. Okeandan qorxuram. Bu ən böyük qorxumdur. Düzdür bir dəfə bu qorxumla üzləşmişəm, amma artıq eləmərəm. Ən yaxşısı hovuzdur.

-Çətinliyin öhdəsindən gəlmək sənə zövq verir?

- Həm də çox. Çətinlik olduqda həmin işin üzərinə gedirəm. Demək olar ki, çətinliyə meydan oxuyuram. Sonra qorxsam da geri addım ata bilmirəm. Deyəsən qorxulu hadisələr məni özünə cəlb edir.

-Kliplərində nə qədər gözəl görünsən də ombalarının əvvəlki qədər cazibədar olmadığı ilə bağlı xəbərlər yayılır. Bu səni narahat edir?

-Düzü özümü hələ də 28 yaşımda hiss edirəm. İyirmi yaşım olanda özümə güvənim yox idi. İndi özümü daha yaxşı tanıyıram. Başqalarının nə dediyi məni maraqlandırmır.

-Mahnıların bizə rəqs etmək arzusu verir. Bəs səni nələr hərəkətə gətirir?

- Yaxşı musiqi və əla sözlər. Mən rəqqasəyəm və hərəkət etməyi sevirəm. Musiqi mənim sevgilimdir. Albomlarımı demək olar ki, iki ildə tamamlayıram. Mahnılarımı dünyaya təqdim edəndə yaşadığım həyəcan hər şeyə dəyir.

-Sənin işin dəbdəbəni və parıltını sevir. Ana olduqdan sonra imicini dəyişdirməyi düşündün?

- Bilirsiniz ki, imic mənim işlədiyim sektorun bir hissəsidir. Bunu bilirəm və reallığı qəbul edirəm. Amma bunun bir iş olduğunu bilirəm. Şöhrətə aludə deyiləm. Çox fərqli və çılğın olmağa çalışmıram. Amma geyinməyi, bəzənməyi, bütün qadınlar kimi yeni saç modellərindən istifadə etməyi sevirəm. Özümə qulluq edəndə zövq alıram.

-Ana olmaq karyeranda irəliləməyə kömək elədi yoxsa əksinə?

- Ana olduqdan sonra daha fərqli düşünməyə başladım. Amma karyeramda heç nə dəyişmədi. İmicim də dəyişməyib, musiqi seçimim də. Öz tərzimdə qaldım. Bəzən sevimli görünmək istəyirəm, bəzən də seksual. Mən anaların da seksual ola biləcəyinə inanıram. Hətta məncə analar daha seksual görünürlər.

-Həm iş adamı, həm aktrisa, həm də müğənnisən. Bunların hamısı ilə məşğul olmağa necə vaxt ayıra bilirsən. Çətin olmur?

- Etiraf edim ki, indi çətindir. Uşaqlar dünyaya gəlmədən əvvəl daha asan idi. Gecə-gündüz, demək olar ki, yeddi gün, 24 saat işləyirdim. İndi fərqliyəm. Artıq işləyən bir anayam. Bu, çox çətindir. Çünki bütün işlərimi mənə aid olan iki mələyə görə tənzimləməliyəm. Hər şey ikinci plandadır. Övladlarım işimdən və həyatımdakı hər kəsdən daha önəmlidir.

-Ailəndən sənə uşaqlara baxmaqda köməklik edənlər olub?

- İlk vaxtlarda həqiqətən mənə çox kömək etdilər. İndi uşaqlar böyüyüb. Daha köməyə ehtiyacım olmur. Qohumlarım o qədər çoxdur ki, bir kənd əhalisi qədərdirlər. İstədiyim vaxt yanımda olurlar.

- Reytinq rekordları qıran “American Idol” yarışmasında münsif heyətinin üzvü idin. Bu yarışma sənə nə verdi?

- Yarışmanı çox bəyənirdim. Çox yaxşı vaxt keçirirdim. Steven Rey və Rendi möhtəşəm idilər. Onlarla birlikdə işlədiyim üçün xoşbəxt idim.

-Yarışma iştirakçıları ilə vaxt keçirirdin?

- Hə, çox yaxşı əylənirdik. Onların hamısı ilə danışırdım, təcrübəmi paylaşırdım. Onların nə hiss etdiklərini yaxşı anlayırdım.

- Bir dəfə yarışmada göz yaşlarını saxlaya bilmədiniz və ağladınız. Sizi ağladan nə idi?

- Əlbəttə, duyğular. Başqa insanların kədərlənməsi məni dəli edir. Özümü saxlaya bilmirəm, ağlayıram. Bir insana bəd xəbər vermək dünyanın ən pis işidir. Bəzən mən iştirakçıya yarışmadan xaric olunduğunu deməyə məcbur olurdum bəzən.

-Eşq sənin üçün nə ifadə edir?

- Eşq, çox güclü bir duyğudur. Amma bəzən də adamı yorur. Mən uşaqlarımı sevirəm, bu eşqin ən gözəl halıdır. Qadınla kişi arasındakı sevgi isə zamanla azala və yox ola bilər.

-Keçmiş ərin Mark Antoni ilə görüşürsən?

-O uşaqların atasıdır. Əvvəllər məcburiyyət qarşısında görüşürdüm. Amma mən yeni münasibətə başladıqdan sonra o özünə yaraşmayan hərəkətlər etdi, mediaya mənimlə bağlı yalan məlumatlar verdi. Artıq görüşmürəm. Uşaqlar da böyüyüb. İstəyəndə ataları ilə görüşürlər. Mənim yanlarında olmağıma ehtiyac olmur.

-Öz rəqqasınla, Kasper Smartla eşq yaşamağın da, ondan ayrılmağın da şou aləmində bomba effekti yaratdı. İkiniz də subay insanlar idiniz, münasibətiniz niyə normal qarşılanmadı?

-Çünki mən məşhuram. Tanınmış insanların alnına yazılıb ki, hər addım şişirdilir. Kasperlə aramızda 18 yaş fərq var. Mən ondan böyüyəm və bu insanları təəccübləndirdi. Düzünü desəm, mən də təəccüblənirdim.

-Necə yəni? Səni reaksiyalar təəccübləndirirdi?

-Yox. Mən özümə təəccüblənirdim. Biz eşq yaşamağa başlayanda onun 24, mənim 42 yaşım var idi. Bəzən ona, niyə gedib öz yaşıdlarından biri ilə birlikdə olmursan? Niyə mənimləsən, bu əlaqənin nə qədər davam edəcəyini düşünürsən? kimi suallar verirdim. Eyni sualları özümə də verirdim.

-Bəs cavab tapa bilirdin?

-Yox. Bu eşq idi. Kimi sevəcəyimizə biz qərar verə bilmərik. O insanın bizə uyğun olub-olmaması heç nəyi dəyişmir.

-Kasperin həm sevgili olduğunuz vaxtlarda, həm də ayrıldıqdan sonra səndən külli miqdarda pul tələb etdiyi deyilir...

-Bunlar dedi-qodudur. Onunla ayrılmışıq, ancaq düşmən deyilik. Öz işini qurması üçün ona dəstək olmuşam və müəyyən məbləğ pul vermişəm. Bu qədər. Başqa eşitdiyiniz xəbərlər yalandır.

-Tənqidlərə necə reaksiya verirsən?

-Heç vaxt tənqidləri özümə dərd eləməmişəm. Ola biləcəyim ən yaxşı insan olmağa çalışıram. Tənqid həmişə olacaq. Eyni vaxtda hamının sevimlisi olmaq mümkün deyil. Ona görə də doğru hesab etdiyim kimi yaşayıram.

-Bir jurnalist səni neçə saat sorğu suala tutsa, əsl Cenifer üzə çıxar?

-Mən həmişə olduğu kimiyəm. Bir insanı tanımaq üçün onunla neçə saat keçirməyin heç bir önəmi yoxdur, əsl önəmli olan o insanın sizinlə nə qədər səmimi olmaq istəməsidir. Ən çox səhnədə çətinlik çəkirəm. İllər keçməsinə baxmayaraq, hələ də pərəstişkarlarımın qarşısına çıxanda çox həyəcanlanıram. Amma çalışıram ki, bunu hiss etdirməyim və özümün onlara evdə olduğum kimi rahat göstərə bilim. Ancaq onlardan aldığım enerji ilə 2-3 mahnıdan sonra özümə gəlirəm və inanılmaz hisslər keçirirəm. Yəni, əsl Cenifer səhnədə də, müsahibədə də üzə çıxır.

-Populyar olmadan əvvəl çox çətin günlər keçirmisən. O günlər sənə nə öyrətdi?

-Uşaqlıq illərim Bronks küçələrində keçib. Ancaq ora axırıncı dəfə anamla atam boşanmağa qərar verəndə getmişdim. Bir də bu yaxınlarda konsert üçün getdim. Çox həyəcanlandım. Fərqli duyğular hiss etdim. Hər şeyi yenidən xatırladım, yenidən kədərləndim. Axı doğub böyüdüyüm şəhərdə çox çətin günlər keçirmişəm.

Bir otaqda 3 bacı qalmağa məcbur idik. Rəqsə və idmana da o vaxt başladım. Amma anamla fərqli düşünürdük. 18 yaşım olanda rəqqasə olacağıma icazə verməyəcəklərini bildiyim üçün evdən ayrıldım. Heç pulum yox idi. Ona görə də rəqs məktəbinin koridorlarında yatırdım. Çox çətin günlər idi.

-Albomların 55 milyon tiraj satılıb, filmlərdə Corc Kluni və Riçard Gir ilə tərəf müqabili olmusan. Yaxşı rəqqasə, müğənnisən, iki uşaq anasısan və hələ də çox gözəlsən. Həyatda arzulayıb, əldə etmədiyin nəsə var?

-Mən də insanam. İnsanın xisləti elədir ki, ona dünyaları da versən daha çoxunu istəyir. Amma demək olar ki, istədiyim hər şeyi əldə etmişəm. İndi ancaq əldə etdiklərimi qoruyub saxlamaq üçün çalışıram.

Tabloid.az bu gün 45 yaşını qeyd edəcək olan dünya ulduzun indiyə kimi eşq yaşadığı kişilərin siyahısını əldə edib.

Baxın, görün gözəl Ceniferin həyatında bu günə kimi hansı kişilər olub:

Оджани Ноа и Дженнифер Лопес

Ocani Noa cə Cenifer Lopez

Дженнифер Лопес и P Diddy

Diddy və Cenifer Lopez

Дженнифер Лопес и Крис Джадд

Kris Cad və Cenifer Lopez

Дженнифер Лопес и Бен Аффлек

Ben Alfek və Cenifer Lopez

Дженнифер Лопес и Марк Энтони

Mark Antoni

Дженнифер Лопес и Каспер Смарт

Kasper Smart

Oxumağa davam et
Reklam
Reklam

Gündəm