Mavi hakimiyyəti ələ keçirir - Fotolar
Bizi izləyin

Tabloid.az

Mavi hakimiyyəti ələ keçirir - Fotolar

Böyüklüyün, gücün simvolu olan rəngi qış aylarında bütün geyim və aksessuarlarda görə biləcəyik.

Mavi rəng bu ilin bütün trend rənglərini geridə qoyub. Bir neçə mövsümdür ki, modada mavi və mavinin çalarları hakimiyyəti ələ keçirib.

2014-cü ilin yay mövsümünün ən trend rəngi isə solğun mavi və bənövşəyiyə çalan tünd göydür. Qarşıdakı 2014-2015 payız-qış mövsümündə də yenə mavi dəbli xanımların üstünlük verdiyi rəng olacaq.

Bir çox mədəniyyətdə mavi rəng müqəddəsləşdirilir və böyüklüyün, gücün simvolu hesab olunur. Bu rəngi qış aylarında bütün geyim və aksessuarlarda görə biləcəyik.

Hətta makiyajda, manikürdə də mavi çalarlarına üstünlük veriləcək. Stilistlər qarderoba xüsusilə mavinin açıq və parlaq çalarlarında geyimlər və çanta, ayaqqabı kimi aksessuarlar əlavə etməyi məsləhət görürlər.

Açıq mavini geyinməyə cəsarətiniz yoxdursa və ya bu rəngi özününzə yaraşdırmırsınızsa, buz mavisi və maviyə çalan açıq yaşıl rəngə üstünlük verin.

Yeni mövsümdə göy rəng də trendlər siyahısındadır.

Xüsusilə də tünd göy rəngi qara rənglə kombin etmək payız və qışın ən şıq seçimi olacaq.

Bu rənglərdə geyinmək istəməyə bilərsiniz, bu zaman mavi və göyün müxtəlif çalarlarında olan aksessuarlardan istifadə edin. Dəbli olmaq istəyən xanımlara tövsiyə edərdik ki, mavi rəngli ayaqqabı və çantaların dəri olmasına diqqət etsinlər. İlan dərisi, timsah dərisi kimi detalları olan aksessuarlara üstünlük versinlər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm