Niyə cazibədar qadın əlləri onun vizit kartı hesab olunur?
Bizi izləyin

Tabloid.az

Niyə cazibədar qadın əlləri onun vizit kartı hesab olunur?

Niyə cazibədar qadın əlləri onun vizit kartı hesab olunur?

Qadının dodaqları onun ən gözəl aksessuarı hesab olunursa, dırnaqları da vizit kartı hesab olunur. Saçı və dırnaqları qaydasında olan qadın hər kəsin diqqətini cəlb edə bilər. Toy günü isə saçından dırnağına kimi mükəmməl görünmək hər gəlinin istəyidir. Bu özəl gündə təkcə gəlinlik libası deyil, saç, aksessuarlar, elə dırnaqlar da diqqət mərkəzində olur. Bu dəfə öz toyuna hazırlaşan xanımlara əl və dırnaq baxımı ilə əlaqəli bəzi məsləhətlər verməyə çalışacağıq.

Əllər: Dırnaq baxımından əvvəl əllərə qulluq vacibdir. Əllər də üz qədər həssas olduğu üçün davamlı baxıma ehtiyac duyur. Təsadüfi deyil ki, kişilər qadının yaşını müəyyənləşdirə bilməyəndə onun əllərinə nəzər salırlar. Gündəlik nəmləndiricilər, qidalandırıcı kremlər, yağların istifadəsi əl dərisinin qorunub-saxlanmasında çox əhəmiyyətlidir. Hər bir xanım toyundan bir müddət əvvəl əllərinin qayğısına qalmağa başlamalıdır. Bununla yanaşı toy günündə mum vannasından istifadə etmək effektli olacaq. Mum əlləri yumşaldacaq və onları gözəl göstərəcək. Əllərə qulluğu tamamladıqdan sonra dırnaqlara keçmək olar.

Manikür: Klassik manikür hamıya yaxşı məlumdur və çoxları məhz bu manikür növünə üstünlük verirlər. Bu zaman kutikula isti vannadan sonra çıxarılır. Kutikula təmizləndikdən sonra dırnağa lazımi forma verilir və mütləq “baza lakı” vurulur. Baza lakı dırnaqları qoruyur, tərkibinə vitamin və mikroelementlər daxil olduğu üçün onları sağlamlaşdırır, əsas lak tonunun yaxşı vurulmasına kömək edir və onun davamlılığını artırır.

Dırnaq formaları: Əgər barmaqlarınız qısadırsa və siz dördkünc dırnaq formasını sevirsinizsə, o zaman heç düşünmədən fransız manikürü ilə bu problemi aradan qaldıra bilərsiniz.

Toppuş barmaqlı ələ sahib olan xanımlar dırnaqlarını oval şəkildə manikür etsələr, əlləri yetərincə zərif görünəcək.

Uzun və incə barmaqlı xanımlar dördkünc-oval qarışıq dırnaq forması ilə əllərinə xüsusi görünüş verməklə, gecənin mükəmməl obrazını tamamlayacaqlar.

Əgər dırnaqlarınız qırılırsa və yaxud formasında problem varsa, o zaman siz toy gününüzdə taxma dırnaq istifadə edə bilərsiniz. Moda “ovçuları” taxma dırnaqları qəbul etməsələr də, gəlinlər üçün bunlar hələ də keçərlidir. Lakin bu il həm də qısa dırnaqlar dəbdə olduğu üçün sadəlik gözəllikdir deyib, təbii dırnaqları toy paltarınıza uyğun tonlarda bəzəyib, gəlin masasına əyləşə bilərsiniz.

Rəng trendi: 2013-cü ilin yaz-yay gəlin dırnaq dəblərinə nəzər salsaq, bu ilin trendi nanə, yaşıl, metal, bej və həmişə dəbdə olan ağ rənglərdir. Parlaq rənglərin üstünlük təşkil edəcəyi yay dəbində iki müxtəlif rəngli fransız manikürü də aktualdır. Bütün bunlarla yanaşı, qeyri-adi dırnaq dizaynları cəsarətli xanımların imicini tamamlayacaq. Ümumiyyətlə ilin manikür dəbi özünü sizin zövqünüzə təslim edəcək desək, yanılmarıq.

Dırnaq bəzəmək: Hələ qədim yunan və Misir mədəniyyətində qadınlar dırnaqlarını bildikləri formada bəzəyirdilər. Bu gün də qadınların sevimli məşğuliyyətindən olan dırnağın bəzədilməsi xanımların əhval ruhiyyəsini yüksəltmək, əllərin zərifliyini vurğulamaqla yanaşı, həm də geyimi və aksesuarları tamamlamaq üçün düşünülmüş əla variantdır.

Toy günü mükəmməl görünmək vacibdir. Lakin xirda bir detalın çatışmazlığına görə əhval-ruhiyyənizi korlamağa ehtiyac yoxdur. Əziz xanımlar, unutmayın mükəmməl görünüşü bir də təbii, daxildən gələn təbəssüm tamamlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm