• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Merlin Monro ölümündən sonra da dünyanı heyrətləndirir

Merlin Monro ölümündən sonra da dünyanı heyrətləndirir

Ölümündən 50 il keçməsinə baxmayaraq Merlin Monro hələ də gündəmdədir. O gün olmur ki, dünya mətbuatında bu cazibədar aktrisa ilə bağlı yeni bir xəbər dərc olunmasın.

Hollivudun gəlmiş keçmiş ən seksual aktrisası hesab olunan Merlin təkcə gözəlliyi ilə deyil, həm də zəkası ilə insanları heyrətləndirib.

Xarici mediada çıxan son xəbərlərə görə, aktrisanı əsl “kitab qurdu” hesab etmək olar.

1916-cı ildə fransız jurnalist Corc Belmonta müsahibə verən aktrisa təhsilə, kitab oxumağa nə qədər dəyər verdiyindən danışıb:

“Çəkilişlərə fasilə verəndə nə ilə məşğul olduğumu heç kim bilmir. Məktəbə gedirəm. Kaliforniya Universitetinin gecə kurslarına yazılmışam. Ame­rikanın tarixi və ədəbiyyatı ilə bağlı dərslərdə iştirak edirəm. Çoxlu kitab oxuyuram. Bir çox möhtəşəm yazarın kitabını oxumuşam”.

1962-ci ilin avqustunda vəfat edən Merlin Monronun şəxsi kitabxanasında 400-dən çox kitab olub.

Merlin yazıçı D.H. Laurensin pərəstişkarı olub. Daha çox romanlara üstünlük verən aktrisanın kitabxanasında uşaq baxımı ilə bağlı kitablar da tapılıb. Bu kitabların mövcudluğu Merlinin uşaq sahibi olmaq istəməsi ilə əlaqələndirilir.

Bəs cazibədarlığı ilə bütün dünyanı özünə məftun edən Merlinin kitabxanasında başqa hansı kitablar olub?

Tabloid.az Merlinin ən çox sevdiyi kitabların siyahısını təqdim edir:

Albert Kamyu - "Çöküş"

Aleksandr Düma - "Kamelyalı qadın"

Frensis Skott Fitscerald – "Möhtəşəm Qeytsbi"

Ceyms Coys - "Uliss"

Jek Kerouac – "Yolda"

Tomas Mann – "Venesiyada ölüm"

Corc Bernrad Şou - "Seçilmiş oyunlar"

Sin O'Casey – "Qırmızı güllər"

Mark Tven - "Heklberri Finnin macəraları"

Aristotel - "Metafizika"

Qustav Flobert - "Madam Bovari"

Emil Zola – "Nana"

Molyer - "Oyunlar"

Siqmun Freud - "Hz. Musa və təktanrıçılıq"

Samuel Beket – "Adsız"

Uilyam Folkner - "Yatağımda ölərkən"

Ceym Coys – "Dublinlilər"

Stendal - "Qırmızı və qara"

Luis Kerrol - "Alisa möcüzələr diyarında"

Uilyam Şekspir – "Sonetlər"

Sonda onu da qeyd edək ki, gözəl ulduzun IQ- səviyyəsi 168 olub. Merlin ədəbi yazılar və şerlər yazıb.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR