Hamamda mahnı yazan müğənni uzunqulaq belində - Fotolar
Bizi izləyin

Tabloid.az

Hamamda mahnı yazan müğənni uzunqulaq belində - Fotolar

Hamamda “Qıdığım gəlir” adlı mahnı bəstələyən müğənni Vüqar Muradov yenə diqqət mərkəzindədir.

Hamamda “Qıdığım gəlir” adlı mahnı bəstələyən müğənni Vüqar Muradov yenə diqqət mərkəzindədir.

Tabloid.az xəbər verir ki, müğənni sosial şəbəkədə at və uzunqulaqla çəkdirdiyi fotolarını paylaşıb.

Sosial şəbəkələrdə hər zaman aktiv olan müğənni “Zəhmətkeş ulduzlar” verilişində atı tərsinə minərək çəkdirdiyi fotosunu yayımlayıb.

Müğənninin Qaxın Armudlu kəndində çəkdirdiyi fotoları maraqla qarşılanıb.

Qeyd edək ki, Vüqar Muradov bir müddət öncə hamamda yeni mahnı yazdığını demişdi:

“Qıdığım gəlir” adlı yeni mahnımı hamamda yazmışam. Gecə saat 4 idi. Durdum, girdim hamama çimməyə. Təbim gəldi, köpüklü-köpüklü hamamdan çıxdım. Mahnını yazdım, çünki sonra unuda bilərdim. Mən “Səni sevdim” mahnımı da hamamda yazmışam. “Qıdığım gəlir” mahnısının sözləri və musiqisi də beynimə hamamda gəldi”.

Müğənninin həmin fotolarını təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm