Brilliantın yaraşıqlı oğlu həyatının qadınını tapdı
Bizi izləyin

Tabloid.az

Brilliantın yaraşıqlı oğlu həyatının qadınını tapdı

Brilliantın oğlu həyatının qadınını tapdı

Xalq artisti Brilliant Dadaşovanın oğlu deyəsən, subaylığa son qoyacaq.

Tabloid.az xəbər verir ki, sənətçinin oğlu Cahad Hacıyev sosial şəbəkədə profilində həyatının qadınını tapdığını yazıb. O, rus dilində “Нашел женщину своей мечты , с остальными мечтами можно попрощаться” – “Arzularımın qadınını tapdım. Digər arzularla vidalaşmaq olar” – statusunu yazıb.

Qeyd edək ki, bir müddət öncə yerli mətbuatda xalq artistinin oğlunun evlənməsi ilə bağlı xəbərlər yer almışdı. Hətta Cahadın və başqa millətdən olan bir xanımın körpə qız uşağı ilə çəkdirdiyi fotosu sosial şəbəkələrdə yayımlanmışdı.

Xalq artisti isə eşitdiyi xəbərdən şoka düşmüşdü. Oğlunun qeyri-rəsmi münasibət qurmasına etiraz etmədiyini qeyd edən Dadaşova Cahadın rəsmən evli olmadığını bildirmişdi.

Daha sonra isə məlum olmuşdu ki, şəkildəki uşaq Brilliant Dadaşovanın bacısının nəvəsi imiş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm