Dünya ulduzları hansı ayaqqabı markasından geyinir? - Fotolar
Bizi izləyin

Tabloid.az

Dünya ulduzları hansı ayaqqabı markasından geyinir? - Fotolar

Dünya ulduzları hansı markasından geyinir? - Fotolar

Bəzi geyimlər ilk çıxdığı andan etibarən hər kəsin qəlbinə və qarderobuna yol tapır. Bu modellər məşhurluğunu il boyu qoruya bilsə, həmin geyimin klassikləşməyə doğru getdiyini inkar edə bilmərik. Bu qaydaya uyğun olan ayaqqabılardan biri də "Valentino Rockstud" ayaqqabılardır. 2010-cu ilin payız aylarında "Valetino" tərəfindən modapərəstlərin ixtiyarına verilən bu ayaqqabılar 2014-cü ildə hələ də trend olmağa davam edir.

"Valentino Rockstud" ayaqqabıları bu mövsüm yenə də dəbin zirvəsinə yüksəlib. İncə model bütün qadınların ürəyini ovsunlaya bilib. "Rockstud" ayaqqabılarının gözəlliyinə heyran olan modapərəstlər bu ayaqqabıları ilin trendinə çevirməyə nail olublar. Arxası açıq, biləkdən bağlanan, iti burunlu və dəmir detalları ilə diqqət çəkən ayaqqabıları unutmaq qətiyyən mümkün deyil. "Valentino Rockstud"-un sadəcə stiletto modeli deyil, yastı daban modelləri də kolleksiyada yer alıb. Ayaqqabının üstünü bürüyən dəmir bəzəkləri rok üslubunda geyinməyi sevənlər çox bəyənəcək.

"Valentino Rockstud" ayaqqabılarının heyranları arasında dünya ulduzları, dəb ikonları və tanınmış bloqqerlər də var. "Rockstud" ayaqqabılarının heyranları dedikdə Oliviya Palermo, Aleksa Çanq, Govanni Battaglia, Emma Stoun, Anna Dello Russo kimi adlar yada düşür. Ayaqqabının qiyməti modelinə görə, 695 dollarla 3545 dollar arasında dəyişir. Bu baxımdan bu markanın ayaqqabıları bəziləri üçün əlçatmaz hesab olunsa da, başqa markalarda bənzərlərini tapmaq mümkündür. Kolleksiyada təkcə ayaqqabılar deyil, "Valentino Rockstud" modelinə uyğun dəmirli çantalar və klatçlar da yer alır.

Tabloid.az bu moda evinin ayaqqabı nümunələrini təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm