Erotik filmin treylerinə etiraz – Video
Bizi izləyin

Tabloid.az

Erotik filmin treylerinə etiraz – Video

Yataq səhnələri ilə dolu treyler hətta Amerikada da etiraz doğurub

Dünən eyni adlı kitab əsasında çəkilmiş “Bozun 50 çaları” filminin treylerinin təqdim edildiyini xəbər vermişdik.

Dünyanın bir çox dilinə çevrilib 100 milyon nüsxəsi satılan “Bozun 50 çaları” kitabı kimi filminin də rekord vuracağı gözlənilir. Lakin belə olmaya da bilər. Çünki erotik olduğuna görə filmin nümayişinin bir çox ölkədə qadağan ediləcəyi gözlənilir.

Artıq filmin erotik səhnələrlə diqqət çəkən treyleri etiraza səbəb olub.

Yazıçı E. L. James-in yataq səhnələri ilə dolu romanı əsasında çəkilən filmin treyleri hətta Amerikada da etiraz doğurub.

Pornoqrafiyaya qarşı mübarizə aparan “Morality in Media” (“Mediada əxlaq”) qrupu filmin yaradıcı heyətini tənqid edib.

Qrup bildirib ki, filmin heyəti sevgi pərdəsi altında seksual zorakılığı adi bir hal kimi təqdim edir. Beləliklə də seksual zorakılıq təbliğ edilmiş olur.

Eyni təşkilat 2011-ci ildə kitab yayımlandıqdan sonra da narahatlığını bildirmişdi.

Qeyd edək ki, “Bozun 50 çaları”nda milyonçu iş adamı ilə tələbə Anatasia arasındakı intim münasibətdən bəhs edilir.

Filmi tənqid edən təşkilat bu filmi izləməyi tövsiyə etmir və filmdə kişinin qadını alçaltmasını, qadının da bunu müti şəkildə qəbul etməsinin təsvir olunduğunu bildirir.

Film 2015-ci ilin fevralın 14-də, yəni “Sevgililər günü”ndə nümayiş ediləcək.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm