Tabloid.az
Sünnətin tibbi cəhətdən əhəmiyyəti varmı?
Sünnətin tarixi qədim zamanlara gedib çıxır, hətta deyərdik ki, onun dəqiq tarixini bilən yoxdur. Misir fironlarından II Ramzesin oğlunu sünnət etdirdiyi haqqında məlumatlar mövcuddur. Din tarixinə nəzər saldıqda belə bütün peyğəmbərlərin sünnət olunmağı tövsiyə etdikləri məlum olur. Buna baxmayaraq, xristian dünyası müsəlman və yəhudilər qədər bu mərasimə meyilli deyillər.
Sünnətin kişi sağlamlığına nə kimi faydası
var?
Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sünnət
sidik kanalının infeksiyaya yoluxmasının qarşısını alır. Sünnət
olunmayan zaman artıq dəri infeksiya üçün əlverişli bir mühüt
rolunu oynayır. ABŞ tədqiqatçılarının araşdırmalarına görə, sidik
kanalının infeksiyaya yoluxmasında sünnətsiz kişilər sünnət
olunanlardan 20 dəfə çoxdur.
Sünnət edilmək kişilərdə cinsi yolla yoluxan bəzi xəstəliklərin qarşısını alır. Hətta sünnət olan insanın QİÇS-ə yoluxma riskinin sünnətsizlərə nisbətən az olduğu bildirilir.
Kişilərdə cinsiyyət orqanı xərçənginin qarşısını alır. Bu xəstəlik nadir bir xəstəlik olub 100 000 kişidən 0,7-0,9 kişidə rast gəlinə bilər.
Cinsiyyət orqanının iltihabının qarşısını alır. İkinci dünya
müharibəsi zamanı Körfəzdə döyüşən əsgərlərin burada tez-tez baş
verən qum fırtınaları nəticəsində bu problemlə rastlaşdıqları
məlumdur.
Hansı yaşda sünnət olunmalıdır?
Bəzən yaraların daha tez sağalması, qanamanın az olması və
psixoloji travmanın olmaması baxımından bu əməliyyatın 0-1 yaş
arasında edilməsi məsləhət görülür. Lakin bəzi məqamlar var ki,
uşağın sünnət olması onun sağlamlığı üçün təhlükəlidir (sidik
dəliyinin normal yerindən aşağı və ya yuxarı olması və.s.) bu
hallar isə 6-7 yaşda özünü göstərdiyi üçün sünnət üçün ideal yaş 7
yaşdan sonra göstərilir.
Sünnət hansı hallarda olmaz?
Sünnət bədən hərarətini qorumayan, aktiv qidalanmayan və xəstə uşaqlara edilmir.
Hipospadias və ya başqa bir ürogenital anomaliya olanlara, həmin xəstələr tam müalicə olunmayana qədər sünnət olunmamalıdır.
Qanama xəstəliyi olan insanlarda lazımi tədbirlər görülüb qəti diaqnoz qoyulmadığı halda sünnət olmaz.
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO