Oksana Hindistanı fəth edir – Fotolar- Video
Bizi izləyin

Tabloid.az

Oksana Hindistanı fəth edir – Fotolar- Video

“The Times of India” qəzeti Oksanadan yazdı

Oksana Rəsulova Hindistanı fəth edir.

Tabloid.az xəbər verir ki, rəqqasəmiz məşhur “İndias Best Cine Star Ki Khoj” adlı müsabiqədə iştirakını uğurla davam etdirir.

Yarışmada həmyerlimiz Bollivudun ən parlaq ulduzu, teleaparıcı Salman Xanla tanış olub. Salman Xan şounun iyulun 26-da olan növbəti çəkilişlərində Oksanaya dəstək olub.

“The Times of India” qəzetinin yazdığına görə, Salman Xan hətta Oksananı tanınmış hind aktrisası Rikhaya bənzədiyini deyib. Onun aktrisalıq qabiliyyətinə heyran olduğunu deyib.

Qeyd edək ki, şou Hindistanın ən məşhur kanalı olan “ZEE TV”-də hər həftənin şənbə və bazar günü Bakı vaxtı ilə saat 20.30-da yayımlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm