Maddələr mübadiləsini pozan səhvlər
Bizi izləyin

Tabloid.az

Maddələr mübadiləsini pozan səhvlər

Maddələr mübadiləsini pozan səhvlər

Havaların istiləşməsi ilə əlaqədar düzgün pəhriz saxlaya bilməyənlər maddələr mübadiləsini zəiflədən səhvlərə yol verirlər.

Pəhrizdə buraxılan səhvlərə və maddələr mübadiləsini pozan cəhətlərə aşağıdakılar aiddir:

1. Məşhur, adı ilə tanınan pəhrizdən istifadə. Bu pəhriz növündən hər kəs istifadə edə bilməz;

2. Mono qidalanma tərzinə üstünlük vermək;

3. Bitki çaylarından həddindən artıq istifadə;

4. Karbohidratlardan uzaq durmaq;

5. Arıqlama dərmanlarından istifadə;

6. Fiziki fəaliyyətlə məşğul olmadan pəhriz saxlamaq;

Sağlam qidalanma və pəhriz mütəxəssisləri şüursuz saxlanılan pəhrizin bədənə ağır ziyan verdiyini və maddələr mübadiləsinin zəifləməsinə səbəb olduğunu söyləyirlər. Maddələr mübadiləsinin zəifləməsi isə irəliləyən dövrlərdə artıq çəki probleminə yol açır.

Bu baxımdan pəhriz saxlayan şəxslərdə maddələr mübadiləsinin sürəti düşür. Bu eniş irəliləyən dövrlərdə arıqlamağın çətinləşməsinə və artıq çəkinin itməsinin sürətində azalmaya səbəb olur. Pəhriz zamanı əzələ nisbətini artıracaq hər hansı bir fiziki fəaliyyət ilə birlikdə əzələ faizinin qorunması və ya artırılması maddələr mübadiləsinin canlılığını qorumaqda olduqca vacibdir. Pəhriz ilə birlikdə edilən fiziki hərəkət artıq çəki probleminin həllinin qalıcı olmasına səbəb olur. Həmçinin sağlam və ideal bədən quruluşu görünüşünə səbəb olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm