• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Dodaqları daha dolğun göstərən gözəllik hiylələri

Dodaqları daha dolğun göstərən gözəllik hiylələri

Daha cazibəli bir dodaq quruluşu xəyal edirsinizsə, Tabloid.az-ın hazırladığı tövsiyələrə göz gəzdirməlisiniz.

Ağzınız böyükdürsə: Böyük ağızları daha kiçik göstərmək üçün dodağı içindən haşiyəyə almaq lazımdır. Dodaqların içini açıq rə

ngli qələmlə, kənarlarını isə daha tünd dodaq qələmi ilə çərçivəyə almaq lazımdır.

Dodaqlarınız qalındırsa: Qalın dodaqları olan xanımlar parlaq və sərt rənglərdən qaçmalıdırlar. Dodaq qələmi, dodaq boyası ilə az qala eyni rəngdə olmalıdır.

Dodaqlarınız nazikdirsə: İncə dodaqların daha həcmli görünməsi üçün dodaq çərçivəsinin dodaq xəttinin xaricindən çəkilməsi lazımdır. Dodağın kənarları açıq tonlarda qələmlə, içi isə tünd tonlarda dodaq boyası ilə vurğulanmalıdır.

Dodaqlarınız düz deyilsə: Alt və üst dodaqların qalınlığı bir-birinə uyğun gəlmirsə, iki fərqli ton istifadə edin. Qalın dodaq üçün tünd, nazik dodaq üçün açıq rəngli pomada çəkilməlidir. Bu hiylə dodağın əyriliyini gizlədir.

Dodaq uclarınız aşağı doğru gedirsə: Dodaqların sallanan görünüşünü gizlətməyin ən yaxşı variantı qələmlə qüsursuz gözəl dodaq çəkməkdir. Xaricini isə dəri rənginə uyğun tonal kremlə korrektə edə bilərsiniz.

Alt dodağınız çölə tərəfdirsə: Alt dodağınız çölə tərəf çıxırsa, alt dodağınızı rəngləyərkən bir az kiçiltmək lazım olacaq. Bunun üçün ortasından başlayaraq dodaq xəttinin içindən dodaqların birləşdiyi yerə qədər boyanın. Normal olaraq boyadığınız üst dodağın daha diqqət çəkici olmasını təmin edin.

Üst dodağınız xaricə tərəf çıxıqdırsa: Üst dodağın ortasını ifadə edən V şəklini, dodaq xəttinin içindən çəkərək təbii qıvrım verərək dodaqların birləşdiyi yerə qədər boyanın. Alt dodağı isə daha çox boyayın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR