Mövsümün ən dəbdəbəli ayaqqabıları – Fotolar
Bizi izləyin

Tabloid.az

Mövsümün ən dəbdəbəli ayaqqabıları – Fotolar

Mövsümün ən dəbdəbəli ayaqqabıları – Fotolar

Metal rəngləri mövsümün trend rənglərindən biridir. Modapərəst xanımlar bu mövsüm bilməlidirlər ki, parıltılı ayaqqabılar çox dəbdədir. Baletkalar, hətta qızılı və bürünc rəngli idman ayaqqabıları hər zaman cəsarətli və qəşəng görünürlər. Onların fərqləndirici cəhətlərindən biri də – universallığıdır. Məsələn, metal rəngli ayaqqabılar həm cins şalvarlar, həm də gecə geyimləri ilə əla yaraşır. Nyu-York, London, Paris və Milan moda həftələrində müxtəlif metal rəngli ayaqqabılar təqdim olunmuşdu ki, bu parıltıdan gözləri qaçırmaq mümkün deyildi.

"Christian Louboutin", "Oscar de la Renta", "River Island", "Max Mara", "Michael Kors", "Aquazzura", "Gucci" və başqa brendlər klassik metal rəngli ayaqqabı nümunələri hazırlayıblar.

Qızılı və gümüşü ayaqqabılardan əlavə, bu rənglərdə kltaçlar da dəbə daxil olacaq. Belə bir çanta obrazınızı darıxdırıcı olmaqdan xilas edəcək, sizi daha zərif göstərəcək. Obrazınızı metal rəngli bəzək əşyaları ilə tamamlamağa qorxmayın. Lakin geyim çox parlaq olmamalıdır. Çünki çoxlu müxtəlif parlaq elementlər obraza ağırlıq verir.

Metal rəngli ayaqqabıları təmtəraqlı paltar fasonları ilə birləşdirmək olmaz. Paltarın biçimi sadə və qəşəng olmalıdır. Əgər siz güllü və əlvan rəngli paltar seçmisinizsə, onun üstündə ayaqqabı ilə yaxın tonlar olmalıdır. Tabloid.az tanınmış moda evlərinin yay üçün hazırladığı ən aktual ayaqqabı modellərini toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm