• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Astroloji proqnoz - 28 iyul

Astroloji proqnoz - 28 iyul

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

QOÇ - Bir qədər təzadlı məqamlar yaşayacağınız gözlənilir. Buna baxmayaraq yeni işgüzar əlaqələrə başlamağınız daxili nikbinliyinizi artıracaq. Təcrübəli adamlardan yararlanın.

BUĞA - Çox maraqlı bir gün yaşayacaqsınız. Bir tərəfdən hadisələrin zövqünüzlə uyğunlaşması, digər tərəfdənsə maraqlı insanlarla rastlaşmağınız ovqatınızı yüksəldəcək.

ƏKİZLƏR - Yeni görüşlər üçün səmərəli vaxtdır. Yaxşı olar ki, əvvəlcədən təyin edilmiş işgüzar sövdələşmələri təxirə salmayasınız. Məhəbbətdə səmimi olun və kənar təsirlərə baş qoşmayın.

XƏRÇƏNG - Ola bilsin ki, çoxdan görmədiyiniz xeyirxah adamlarla rastlaşasınız. Belə olarsa, öz problemləriniz haqqında onlara danışmaq olar. Bu gün savab işlərinizin sayını artırın.

ŞİR - Dualarınızın sayını artırın, ziyarətgahlara gedin. Çalışın ki, Tanrıya zidd olan hərəkətlərə yol verməyəsiniz. Belə etsəniz, ağrı-acılarınız da sovuşub gedəcək. Uzaq yola çıxmayın.

QIZ - Astroloji göstəricilər gün ərzində səhhətinizlə bağlı problemlərin artacağını bildirir. Yaxşı olar ki, fiziki işləri təxirə salıb istirahətə üstünlük verəsiniz. Ac qalmayın.

TƏRƏZİ - Qeyri-adi heç nə gözlənilməsə də, gününüzü maraqlı etmək üçün canfəşanlığınızı artırmalısınız. Darıxdığınız adamların əhatəsində olun. Keçmiş problemlərdən danışıb özünüzü yormayın.

ƏQRƏB - Deyirlər insanın hər şeydən əli üzüləndə məhəbbət budağından yapışır. Ulduzlar da bu təqvim üçün sizə məhz həmin tövsiyələri təlqin edir. Qəlbinizi sevgisiz qoymayın.

OXATAN - Kifayət qədər uğurlu gündür. İstər qarşılıqlı münasibətlərdə, istər perspektivli sövdələşmələrdə, istərsə də maliyyə uğurlarına yetişməkdə ulduzlar yardımçınız olacaq.

OĞLAQ - Təxminən saat 15-ə qədər özünüzü təmkinli apara bilsəniz, gözlənilən təlatümlərdən qurtulacaqsınız. Sonrakı ərəfədə isə iki sürprizlə qarşılaşacaqsınız. Onların biri pulla bağlıdır.

SUTÖKƏN - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimdə özünüzü çox da üzməyəsiniz. Əks təqdirdə səhhətinizlə bağlı xoşagəlməzliklər mümkündür. İstənilən mübahisədən uzaq olun.

BALIQLAR - Bir qayda olaraq iyulun bu ərəfəsi şəxsi işlərinizdə əsaslı dönüş yaradır. Lakin bu, saat 14-dən sonra mümkün ola bilər. O vaxta qədərsə, hər bir mübahisədən yayınmalısınız.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR