Tabloid.az
Qadın sünnəti: məqsəd nədir, dində varmı?
Öz yeniliklərilə İslam dünyasını
“sevindirməyə” davam edən İŞİD-in növbəti qərarı qadınların sünnət
olunmasıdır. İraq və Şam İslam Dövləti ələ keçirdiyi bölgələrdə
qadın və qızların sünnət olunması ilə bağlı fətva verib.
Qeyri-dəqiq məlumatlara görə, bu fətva 4 milyon qız və qadına şamil
ediləcək.
Bəs qadın sünnəti nədir və necə yaranıb? Hazırda haralarda, hansı
məqsədlə tətbiq olunur?
Qadın sünnəti - cinsi zövq orqanı olan klitorun kəsilməsidir ki,
məqsəd qadınların cinsi yaxınlıqan həzz almasına imkan verməməkdir.
Yəni, qadın cinsi münasibətə zövq almaq üçün yox, yalnız nəsil
artırmaq üçün girsin deyə, bu addım atılır.
Dünyanın 30 ölkəsində il ərzində 3 milyona yaxın qadın
sünnət edilir. Qadın sünnətinin ən çox yayıldığı region
Afrika və Cənub-Şərqi Asiyadır. Somalidəki qızların 98%-nin sünnət
edildiyi bildirilir. Təkcə Somali yox, Efiopiya, Fil Dişi Sahili,
Seneqal, Keniya, Benin və Qana kimi müsəlmanların üstünlkü təşkil
etdiyi Afrika ölkələrində qadınlar sünnət edilir. Həmçinin
xristianların üstünlük təşkil etdiyi Nigeriya, Tanzaniya və Nigerdə
də qadınlar sünnət edilir.
Buna görə də belə hesab olunur ki, Afrika ölkələrində qadınların
sünnəti dinlə yox, daha çox yerli adət-ənənə ilə bağlıdır.
Tarixçi və ilahiyyatçı alim Təbərinin qeydlərinə
görə, qadın sünnətinin tarixi Həzrəti İbrahimin vaxtına gedib
çıxır. Belə ki, rəvayətə görə, qadınların sünnət edilməsi adəti
onun dövründə başlayıb və ilk sünnət olunmuş qadın da onun həyat
yoldaşı Həcər olub.
Hətta İslam peyğəmbəri Məhəmmədin də sünnətin qadın üçün fəzilət
olduğunu dediyi bildirilir.
Buna baxmayaraq, dində qadın sünnətinin olub-olmaması ilə bağlı
fikirlər ziddiyyətlidir. Bəziləri bunun dində olduğunu desə də,
araşdırmalar göstərir ki, heç bir dində qadın sünnəti ilə bağlı
birmənalı tələb yoxdur.
Başqa bir qrup tarixçilər isə hesab edir ki, qadınların sünnət
olunması adəti 2 min 500 il əvvəl Misirdə başlayıb və sonradan
Afrikanın digər bölgələrinə yayılıb.
Qadın sünnəti əsasən 4-12 yaş arası və tam, ya qismən olmaqla
müxtəlif formalarda edilir. Burada digər məqsədin guya fahişəliyin
qarşısının alınması olduğu deyilsə də, statistik məlumatlar
göstərir ki, bu sünnətin həyata keçirildiyi ölkələrdə fahilşəlik
heç də digərlərindən az deyil.
Qadın sünnəti insan orqanizminə necə zərər vurur? Bunun
hansı fəsadları var?
Ginekoloq Ellada Sarıyeva AzVision.az-a bildirib
ki, sünnət qadının cinsi fəaliyyətini yalnız korlayır,
birdəfəlik dayandırmır: “Bunun məqsədi cinsi funksiyanı
tormozlamaqdır. Əslində klitorun kəsilməsi qadının cinsi
fəaliyyətinə ciddi təsir etmir, sadəcə, fiziki zədə qalır və cinsi
münasibətə qismən istəksizlik yaranır. Qadının cinsi fəaliyyətini
yalnız yumurtalığı kəsməklə tam dayandırmaq olar”.
Cinsi fəaliyyətə ciddi təsir etməsə də, sünnət qadının həyatı üçün
təhlükə törədir. Belə ki, sünnət prosesi yüzlərlə qadının həyatını
itirməsi ilə nəticələnə bilir: “Qadın sünnətinin bir təhlükəli
tərəfi də qanaxmadır ki, sünnət zamanı qanaxmadan ölənlərin sayı
kifayət qədərdir. Çünki qadın cinsiyyət orqanında həmin hissə qan
damarları ilə zəngindir və onlara nəzarət etmək çətindir”.
Ginekoloq deyir ki, sünnət qadının psixologiyasına da ciddi təsir
edir. Belə ki, sünnət olunmuş qadında ətrafdakılara qarşı qorxu
hissi yaranır və asanlıqla tabe olur.
Qadın sünnətinin doğuşa təsirinə gəlincə isə, E.Sarıyeva bildirib
ki, bunun ciddi təsiri yoxdur.
Azərbaycanın da bəzi bölgələrində, əsasən isə Qax və Zaqatalada
qadın sünnətinin olduğu deyilir. “Təmiz Dünya” Qadınlara
Yardım İctimaiv Birliyinin sədri Mehriban Zeynalova deyir ki,
bununla bağlı yalnız bir dəfə quruma şikayət daxil olub:
“Bir neçə il bundan qabaq Zaqatala zonasında sünnətlə bağlı hansısa
faktların olduğunu dedilər, amma aşkarlanmadı. İstənilən halda bu
hal qadına qarşı zorakılıqdır. Təkcə fiziki yox, eyni zamanda
psixoloji zərbədir”.
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."