Limon qabığı ilə möcüzəli gözəllik ritualı
Bizi izləyin

Tabloid.az

Limon qabığı ilə möcüzəli gözəllik ritualı

Limon qabığı ilə gözəllik ritualı

Əgər yağlı dəriniz varsa, deməli hər zaman sızanaq problemləri ilə mübarizə aparmalı olursunuz. Yağlı dərinin üstün tərəfi isə quru dəri tipi ilə müqayisədə çox gec qırışmasıdır. Yağlı dəri tipi mütəmadi olaraq qulluq tələb edir. Dərini həm qurutmamaq, həm də sızanaqlarla mübarizə aparmaq üçün təbii maskaların köməyindən istifadə etmək lazımdır.

Artıq yağ vəzlərinin yüksək səviyyədə çalışması infeksiyaya səbəb olur. Buna görə də, dərini tamamilə qurudan kosmetik məhsullardan istifadə etmək olmaz. Yağlı dəri tipinə sahib olan qadınlar bu məsləhətlərə əməl etmirlər, dərilərinin dayanıqlı olduğunu söyləryirlər. Halbuki, belə deyil. Yağlı dərini qurutmaqla, onun yaşlanmasını sürətləndirmiş olurlar.

Siz ən yaxşısı bizim məsləhətimizə əməl edin: Yağlı dəri üçün 2 limon qabığını soyun. Suyun içinə qoyun və yarım saat gözləyin. Sonra bu qabıqları pürə halına gətirin. Təmizlənmiş dəriyə çəkib 10 dəqiqədən sonra ilıq su ilə yuyun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm